DÇ-2026: Türkiyə millisi pley-offa vəsiqəni təmin etdi
Türkiyə millisi DÇ-2026-nın pley-off mərhələsinə vəsiqəni təmin edib. Mediaxeberleri.Az xəbər verir ki, Vinçenzo Montellanın komandası Avropa üzrə seçmə mərhələnin 5-ci turu çərçivəsində Bolqarıstanla qarşılaşıb. Türkiyə millisi görüşdə 2:0 hesablı qələbə qazanıb. Bununla da komanda E qrupunda sona 1 tur qalmış xallarının sayını 12-yə çatdırıb. Son turda Türkiyə lider İspaniya ilə qarşılaşacaq (15 xal). Artıq İspaniya yığması artıq mundiala birbaşa vəsiqəni təmin edib. Türkiyə isə DÇ-2026-ya yollanmaq uğrunda pley-off oynayacaq. Türkiyə - Bolqarıstan - 2:0 Qollar: Çalhanoğlu, 18-pen; Çernev, 83-avtoqol
Oxunub: 58
Xəbəri paylaş
Paylaş:





















