Azərbaycanın voleybol millisi finalda uduzdu
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. Mediaxeberleri.Az xəbər verir ki, millimiz finalda Türkiyə seçməsi ilə üz-üzə gəlib. Görüş rəqibin üstünlüyü ilə yekunlaşıb. Hər üç setdə qalib gələn Türkiyə komandası qızıl medalın sahibi olub. Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları noyabrın 21-də başa çatacaq.
Oxunub: 51
Xəbəri paylaş
Paylaş:





















