İki dəfə kliniki ölüm keçirən Aminin dəstəyə ehtiyacı var
Altı yaşlı İsmayılzadə Amin Nihad oğlunun köməyinizə ehtiyacı var. Bu barədə Mediaxeberleri.Az-a onun anası Zülfiyyə Qəhrəman qızı Ağalarova məlumat verib. O bildirib ki, oğlu epilepsiyadan əziyyət çəkir: “Oğlum qıcolmadan əziyyət çəkir. Amin 1 yaş 6 aylıq olarkən kliniki ölüm keçirdi və saatlarla ayılmadı. Daha sonra üç yaşında ikinci dəfə kliniki ölüm keçirdi. Bu zaman onun bədəninin sol tərəfindəki sinirlər funksionallığını itirdi. Əvvəllər 2-3 gündən bir qıcolmaları tuturdusa indi hər gün tutur. Hazırda övladımın müalicəsi üçün Türkiyəyə yola düşməliyik. Yardımsevər şəxslərdən biri bizə bu ayın 10-da Türkiyəyə getmək üçün bilet alıb, amma oradakı müalicə üçün lazım olan məbləği toplaya bilməmişik. Övladımın müalicəsi üçün lazım olan 2 500 dolların 1 000 manatını toplaya bilsək də qalan hissəsi qalıb. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm” Ailə ilə əlaqə: (050) 783-67-75