Mediaxeberleri.az
    
  • BMCMİ-nin tutduğu "vəzifəli şəxs"in məhkəməsində ŞOK DETALLAR
    BMCMİ-nin tutduğu "vəzifəli şəxs"in məhkəməsində ŞOK DETALLAR
  • 
  • Azərbaycanlı zəvvarların son qrupu həcc ziyarətinə yola düşdü
    Azərbaycanlı zəvvarların son qrupu həcc ziyarətinə yola düşdü
  • 
  • Ağızda donan yağlar zərərlidir? - AÇIQLAMA
    Ağızda donan yağlar zərərlidir? - AÇIQLAMA
  • 
  • ADY vətəndaşları sərhəddən keçirmək üçün “dəllal” pulu alır
    ADY vətəndaşları sərhəddən keçirmək üçün “dəllal” pulu alır
  • 
  • 109 nəfərin ölümünə səbəb olan terrorçu Türkiyəyə gətirildi
    109 nəfərin ölümünə səbəb olan terrorçu Türkiyəyə gətirildi
  • 
  • Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Neft həftəni bu qiymətlə yekunlaşdırdı
  • 
  • Onlayn qumar sürətlə yayılır – Nə etməli?
    Onlayn qumar sürətlə yayılır – Nə etməli?
  • 
  • Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
    Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
  • 
  • Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş “Müstəqillik, suverenlik müdrik xalqımızın milli sərvətidir!” mövzusunda tədbir keçirilib
    Qazaxda 28 May - Müstəqillik Gününə həsr olunmuş “Müstəqillik, suverenlik müdrik xalqımızın milli sərvətidir!” mövzusunda tədbir keçirilib
  • 
  • Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
    Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
  • 
  • Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirildi  - FOTO, VİDEO
    Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirildi - FOTO, VİDEO
  • 
  • İsmayıllıda güclü külək irigövdəli ağacları aşırdı
    İsmayıllıda güclü külək irigövdəli ağacları aşırdı
  • 
  • Ata 3 yaşlı oğlunu boğub öldürdü
    Ata 3 yaşlı oğlunu boğub öldürdü
  • 
  • Zənginlər dollardan imtina edir - Səbəb?
    Zənginlər dollardan imtina edir - Səbəb?
  • 
  • Manatın dövretmə sürəti azalıb: Devalvasiya gəlir?
    Manatın dövretmə sürəti azalıb: Devalvasiya gəlir?
  • 
  • Müavinət və təqaüd alanlara şad xəbər
    Müavinət və təqaüd alanlara şad xəbər
  • 
  • "Liftin qapısı açılan zaman qan içində meyit gördüm" - Sabunçudakı qətlin TƏFƏRRÜATI - VİDEO
    "Liftin qapısı açılan zaman qan içində meyit gördüm" - Sabunçudakı qətlin TƏFƏRRÜATI - VİDEO
  • 
  • Ağdərədə itkin düşən ailənin sümük fraqmentləri tapıldı - Foto
    Ağdərədə itkin düşən ailənin sümük fraqmentləri tapıldı - Foto
  • 
  • “İSRAİLƏ NİFRƏT QAZANDIRAN DƏLİ...” - Trampın Netanyahuya qəzəblənməsinin gerçək səbəbi nədir?
    “İSRAİLƏ NİFRƏT QAZANDIRAN DƏLİ...” - Trampın Netanyahuya qəzəblənməsinin gerçək səbəbi nədir?
  • 
  • Beş ildən sonra bu sənət sahiblərinə ehtiyac qalmayacaq
    Beş ildən sonra bu sənət sahiblərinə ehtiyac qalmayacaq
  • 
  • Nəmləndiricilər haqqında doğru bilinən səhvlər
    Nəmləndiricilər haqqında doğru bilinən səhvlər

Son xəbərlər :
  • Hüquq təhsili almaq istəyənlərə maneə… - Ekspert
  • Moskvaya neft yağışları yağır - Video
  • Hipermarketə silahlı basqın edənlərlə bağlı qərar verildi
  • Niyə səhərlər günəş işığı qəbul etməliyik? - Səhər günəşinin 4 müalicəvi gücü
  • Rusiya Ermənistana nota göndərdi
  • DÇ-2026-da qalmaqal: Oyuna cadu etdi - Foto
  • "Qurtuluş"un rəhbəri yenə hakim qarşısına çıxdı
  • Məleykənin ölümünə səbəb olan cərraha cəza verildi
  • Bu içkidən qəfil imtina miqrenə səbəb ola bilər
  • Müqavilə imzalanan kimi İsrail hücum edəcək - Qəzənfəri
  • Bakı–Naxçıvan–Bakı reysi ilə 47 mindən çox sərnişin daşınıb
  • Temperatur 36 dərəcəyə yüksələcək - PROQNOZ
  • Prezident onları təltif etdi
  • Azərbaycanda yeni su ödənişləri: sentyabrdan qüvvəyə minir
  • Müavinət və Prezidentin aylıq təqaüdü ilə bağlı VACİB MƏLUMAT
  • Bu gündən I sinfə qəbulda yeni mərhələlər başladı
  • Psixiatriya ilə bağlı yenilik: Razılıq olmadan müayinə mümkün ola bilər
  • Jurnalistlərin etik davranış qaydaları dəyişir
  • "Xocəsən gölü"daşdı - Evlər suyun içində - VİDEO
  • Hansı balıqları yemək təhlükəlidir? - ARAŞDIRMA
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ərəfəsində Vətən müharibəsi iştirakçıları ilə gənclərin görüşü təşkil edilib

  • Tarix: 25-10-2025, 10:34

Oktyabrın 23-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tədbirlər Planına uyğun olaraq “Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” - müharibə iştirakçılarının gənclərlə görüşü təşkil edilib.

Qazax Ədəbiyyat Muzeyində təşkil olunmuş görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan kapitan Samir Çobanov və şöbənin böyük məsləhətçisi əsgər Məhəmməd Xəlilli, ehtiyatda olan polkovnik-leytenant İsgəndər Mustafayev, mayor Xəyyam Əliyev, polkovnik-leytenant Valeh Mustafayev, polkovnik-leytenant Amil Göyüşov, Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova və şura üzvləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri, KİV nümayəndələri iştirak ediblər.

Görüş iştirakçıları əvvəlcə Muzeyin foyesində igid Vətən oğullarının xatirəsini əbədiləşdirən kitablardan ibarət sərgi ilə tanış olublar.                        

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla ehtiramla yad edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək gəncləri və şanlı tarix yazan, canlı əfsanəyə çevrilmiş müharibə iştirakçılarını salamlayıb, 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev başda olmaqla, xalqımızı təbrik edib. Vətən müharibəsinin iştirakçıları ilə təşkil olunmuş görüşün əhəmiyyətindən söz açıb, səmimi ürək sözlərini bölüşüb. 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ərəfəsində gənclərlə görüşdüklərinə görə qəhrəman müharibə iştirakçılarına razılığını ifadə edib. İcra başçısı 8 Noyabr – Zəfər Gününün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlığı bahasına qazanıldığını, bu günün Azərbaycan xalqının yaddaşına və hərb tariximizə qızıl hərflərlə yazıldığını bildirib. İcra başçısı qeyd edib ki, Azərbaycanın haqq savaşı, Vətən müharibəsi 2020-ci ilin 27 sentyabrında başladı və 10 noyabrda böyük tarixi Qələbə ilə başa çatdı. Bu, elə bir tarixi Qələbə oldu ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında biz xalq olaraq şanlı Ordumuzun cəbhədə qazandıqları uğurlu nailiyyətlərlə, Ermənistan silahlı qüvvələrinə vurduqları sarsıdıcı zərbələrlə, azad etdikləri yaşayış məntəqələri ilə bütün dünyaya dövlətimizin gücünü, qüdrətini bir daha nümayiş etdirdik. Rayon rəhbəri “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir!” söyləyən, 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuzun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qisasını aldığını, onların qanının yerdə qalmadığını söyləyib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhərlərinin separatçılardan təmizləndiyini, Azərbaycan dövlətinin suverenliyini tam bərpa etdiyini vurğulayıb. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağının dalğalandığını qeyd edib. İcra başçısı bildirib ki, bu gün hər birimiz ölkə vətəndaşı olaraq bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şəhidlərimizə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərinə bir ömür boyu minnətdar olmalıyıq. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. "Ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, Birinci vitse-prezident Mehriban xanım qazilərimizin yarası Azərbaycan xalqının yarasıdır deyirsə, bu, hər bir dövlət məmuru üçün nümunə olmalıdır", - deyən icra başçısı Qazaxda bütün şəhidlərimizin daim yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. “Əziz gənclər sizlərə hər zaman vətənpərvər olmağı arzu edirik”, - deyən icra başçısı müharibə iştirakçıları ilə olan bugünkü görüşün onların bu ruhda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş, ehtiyatda olan kapitan Samir Çobanov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 44 günlük Vətən müharibəsinin iştirakçısı, qazisi kimi səmimi ürək sözlərini çatdırıb. S.Çobanov bildirib ki, 27 sentyabr 2020-ci ildə başlamış 44 günlük Vətən müharibəsi Şanlı tariximizə qızıl hərflərlə yazılıb. Bu müharibə Azərbaycan xalqının əzmkarlığının bir daha böyük nümunəsi oldu. Xalqımızın öz Vətəninə bağlılığını, Vətəni, torpağı üçün öz şirin canlarından keçən, sağlamlığını itirən gənclər yetişdirdiyini bütün dünyaya döyüş meydanında bəyan etdi. Bu gənclər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövründə yetişən gənclik idi. Ümummilli Lider Heydər Əliyevin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizin yerləşdiyi çətin geosiyasi, coğrafi mövqeyinə baxmayaraq düzgün planlaşdırılmış siyasət yeridərək məğrur xalqımızı dünya arenasında tanıtdı və zəfərlərə apardı. Bu siyasətin arxasında xalq və Ulu Öndər Heydər Əliyevin siyasi irsi dayanır. Ümummilli Lider Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüuru ilə həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tapıb. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. S.Çobanov bildirib ki, hələ sovetlər dönəmində Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqil gələcəyi haqqında düşünür və vacib addımlar atırdı. Bu addımlardan biri də Ulu Öndərin sovetlər dönəmində böyük maneələrə baxmayaraq 1971-ci ildə İnternat məktəbinin bazasında yaratmış olduğu bugünkü Cəmşid Naxçıvanski adına hərbi liseydir. Hansı ki, bu lisey Azərbaycan Ordusuna peşəkar zabit kadrlarının hazırlanmasında böyük rol oynayır. Liseyin məzunları Birinci və İkinci Qarabağ müharibəsində böyük şücaətlər göstərmişdir. C.Naxçıvanski adına Hərbi Liseyin məzunlarından 1000 nəfəri göstərdikləri şücaətə görə orden və medallarla təltif olunmuş, 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı, 19 nəfəri isə Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Natiq Cəmşid Naxçıvanski adına hərbi liseyin 2004-2007-ci illər və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 2007-2011-ci illər üzrə məzunu olduğunu söyləyib. Heydər Əliyəv ideyalarını yaşadan hərbi məktəblərdə təhsil aldığı üçün qürur duyduğunu diqqətə çatdırıb. S.Çobanov bildirib ki, bu ideyaları rəhbər tutaraq 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mənfur düşməni torpaqlarımızdan qovduq. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu, Azərbaycan xalqı dəmir yumuruq tək Ali Baş Komandanın ətrafında sıx birləşdi və zəfərimizin başlanğıcı olan 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin Tovuz döyüşlərində və nəhayət 27 sentyabr 2020-ci ildə başlamış 44 günlük Vətən müharibəsində hiyləgər düşmən üzərində qələbə qazandı. Hiyləgər düşmən öz təxribatlarından əl çəkmədi qanunsuz silahlı birləşmələr yaradaraq Qarabağ iqtisadi rayonunda təxribatlar və mülki əhalinin təhlükəsizliyinə ciddi maneələr yaradırdı. Bunları nəzərə alaraq 19-20.09.2023-cü il tarixlərində Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə Azərbaycan Ordusu və güc strukturları qarşılıqlı əlaqə ilə Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Suverenliyi tam olaraq bərpa edildi. S.Çobanov vurğulayıb ki, Qazax rayonunun 348 nəfər şəhidi vardır. Bunlardan 289 nəfəri Birinci Qarabağ müharibəsi, 49 nəfəri 44 günlük Vətən müharibəsi şəhidi, 2 nəfər müharibədən sonra xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş, 3 nəfər 2022-ci il sentyabr ayının 12-dən 13-ə keçən gecə düşmən təxribatının qarşısını alan zaman şəhid olmuş və 5 nəfər hərbi qulluqçumuz isə 19-20.09.2023-cü il tarixlərində Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuşdur. Birinci Qarabağ müharibəsi zamanı Qazax rayonu üzrə 7 nəfər şəhidimiz Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Qazax rayonu üzrə 44 günlük Vətən müharibəsi, 2022-ci ilin Sentyabr döyüşləri zamanı və Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş hərbi qulluqçular isə Respublika Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 2 nəfər “Qarabağ” ordeni, 8 nəfər “Azərbaycan Bayrağı” ordeni, 5 nəfər 3-cü dərəcəli “Rəşadət” ordeni, 14 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, habelə 58 nəfər şəhid müxtəlif adda 226 ədəd orden və medalla təltif edilmişdir. Qazax rayonu üzrə Vətən müharibəsi zamanı 246 nəfər hərbi qulluqçu müxtəlif dərəcəli xəsarət almışdır ki, həmin şəxslərdən 74 nəfərə əlillik dərəcəsi təyin edilmişdir. Xəsarət almış 250 nəfər hərbi qulluqçu ümumilikdə, müxtəlif adda 617 ədəd orden və medallarla (onlardan 1 nəfər “Azərbaycan Bayrağı” ordeni, 1 nəfər 3-cü dərəcəli “Rəşadət” ordeni, 3 nəfəri isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə) təltif olunmuşlar. O cümlədən, Respublika Prezidentinin müvafiq sərəncamına əsasən Qazax rayonu üzrə hazırda hərbi xidmətini davam etdirən 1 nəfər hərbi qulluqçumuz polkovnik-leytenant Nicad Bədəlov Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. S.Çobanov Qazax rayonunda şəhidlərin adının əbədiləşdirilməsi üçün “Qanları ilə dastan yazanlar”, “Vətəni canından əziz bilənlər”, “Şanlı Vətən Oğulları” kitablarının çap edildiyini, “Qarabağ Azərbaycandır!” Abidə Kompleksinin inşa olunduğunu, Qazax Tarix-Diyarşünaslıq Muzeyində, Bakı Dövlət Universitetinin Qazax filialında Xatirə guşəsinin yaradıldığını, Qazax Şəhidlər xiyabanına isə şəhidlərin şəkilləri əks olunan mərmər lövhələrin vurulduğunu bildirib. 

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, ehtiyatda olan polkovnik-leytenant İsgəndər Mustafayev çıxış edərək gəncləri salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi ürək sözlərini bölüşüb. Gələcəyimiz olan gənclərlə təşkil olunmuş görüşə görə əziyyəti olan insanlara razılıq edib. Natiq çıxışı zamanı 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı zəfərin Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, düşünülmüş siyasəti sayəsində şəhidlərimizin canı, qazilərimizin sağlamlığı bahasına mümkün olduğunu söyləyib.

Vətən müharibəsi iştirakçısı, ölkə başçısının müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi əsgər Məhəmməd Xəlilli çıxış edərək gəncləri salamlayıb, şanlı zəfərin 5 illiyi ərəfəsində gənclərlə olan bugünkü görüşə görə təşkilatçılara razılığını ifadə edib.  44 günlük Vətən müharibəsi başlayanda bir Azərbaycan gənci olaraq ölkə başçısının səfərbərliklə bağlı çağırışına səs verərək döyüşlərə qatıldığını, 44 gün davam edən döyüşlərin ilk günündən sonuna kimi iştirakçısı olduğu üçün bu gün də qürur duyduğunu söyləyib.

3-cü dərəcəli Vətən müharibəsi əlili, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş polkovnik-leytenant Valeh Mustafayev çıxış edərək gənclərə səmimi ürək sözlərini, dəyərli fikirlərini çatdırıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində hərbçilərimizin döyüş meydanında tarixi qələbə qazanmasında xalqımızın da böyük rolunun olduğunu vurğulayıb. 44 günlük haqq savaşında xalqımızın ordumuzun ətrafında bir yumuruq tək birləşdiklərini, bu birlik sayəsində qələbə qazandığımızı qeyd edib.

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Suqovuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş polkovnik-leytenant Amil Göyüşov çıxış edərək şanlı zəfərimizin 5 illiyi ərəfəsində gənclərlə olan bugünkü görüşdə iştirak etdiyi üçün məmnun olduğunu söyləyib. 44 günlük haqq savaşında əldə etdiyimiz tarixi qələbənin memarının Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun ətrafında sıx birləşərək canlarını Vətən yolunda fəda edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz olduğunu bildirib.

2-ci dərəcəli Vətən müharibəsi əlili, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş mayor Xəyyam Əliyev çıxış edərək 8 Noyabr - Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. Natiq şanlı zəfərimizin öz başlanğıcını 2020-ci ilin 27 sentyabrında götürdüyünü, 8 noyabrda Şuşanın azad olunması ilə haqq savaşına son qoyulduğunu, torpaqlarımızın işğaldan azad olunduğunu söyləyib.

Diskusiya formatında davam edən görüşdə müharibə iştirakçıları gənclərin suallarını cavablandırıb, döyüş xatirələrini onlarla bölüşüb, gənclərə vətənpərvər olmağı, peşəsindən, kimliyindən asılı olmayaraq vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək qalib Azərbaycanın adını hər zaman uca tutmağı tövsiyə ediblər.


Oxunub: 947
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 17:08 | Hüquq təhsili almaq istəyənlərə maneə… - Ekspert
    Dünən, 17:05 | Moskvaya neft yağışları yağır - Video
    Dünən, 17:02 | Hipermarketə silahlı basqın edənlərlə bağlı qərar verildi
    Dünən, 16:45 | Niyə səhərlər günəş işığı qəbul etməliyik? - Səhər günəşinin 4 müalicəvi gücü
    Dünən, 16:40 | Rusiya Ermənistana nota göndərdi
    Dünən, 16:38 | DÇ-2026-da qalmaqal: Oyuna cadu etdi - Foto
    17-06-2026, 18:33 | "Qurtuluş"un rəhbəri yenə hakim qarşısına çıxdı
    17-06-2026, 18:25 | Məleykənin ölümünə səbəb olan cərraha cəza verildi
    17-06-2026, 18:11 | Bu içkidən qəfil imtina miqrenə səbəb ola bilər
    17-06-2026, 18:08 | Müqavilə imzalanan kimi İsrail hücum edəcək - Qəzənfəri
    17-06-2026, 18:05 | Bakı–Naxçıvan–Bakı reysi ilə 47 mindən çox sərnişin daşınıb
    17-06-2026, 16:32 | Temperatur 36 dərəcəyə yüksələcək - PROQNOZ
    17-06-2026, 16:30 | Prezident onları təltif etdi
    17-06-2026, 12:30 | Azərbaycanda yeni su ödənişləri: sentyabrdan qüvvəyə minir
    17-06-2026, 12:28 | Müavinət və Prezidentin aylıq təqaüdü ilə bağlı VACİB MƏLUMAT
    17-06-2026, 12:21 | Bu gündən I sinfə qəbulda yeni mərhələlər başladı
    17-06-2026, 12:19 | Psixiatriya ilə bağlı yenilik: Razılıq olmadan müayinə mümkün ola bilər
    17-06-2026, 12:17 | Jurnalistlərin etik davranış qaydaları dəyişir
    17-06-2026, 07:51 | "Xocəsən gölü"daşdı - Evlər suyun içində - VİDEO
    17-06-2026, 07:36 | Hansı balıqları yemək təhlükəlidir? - ARAŞDIRMA
    17-06-2026, 07:34 | Argentina Əlcəzairi məğlub etdi, Messi tarixi rekorda çatdı
    17-06-2026, 07:31 | Evdən işləmək: Azadlıq, yoxsa tələ?
    16-06-2026, 21:58 | Həddindən artıq ciddi olmalıyıq - Qurbanov
    16-06-2026, 21:44 | Gecə evdən çıxmağa qorxurlar: Qaraçuxurda əhali vahimə içindədir - VİDEO
    16-06-2026, 21:42 | İşdən qovulan direktor şikayət etdi, rədd cavabı aldı
    16-06-2026, 21:40 | Neft sürətlə ucuzlaşır, qızıl bahalaşır - Ekspert
    16-06-2026, 17:20 | Yağış yağacaq - XƏBƏRDARLIQ
    16-06-2026, 16:34 | Pensiya ilə bağlı rəsmi məlumat
    16-06-2026, 16:31 | "Qarabağ"da ŞOK ayrılıq Komanda bu dəfə onunla vidalaşdı
    16-06-2026, 16:28 | "Samur" sərhəd komendantlığı xidməti istifadəyə verildi
    16-06-2026, 16:23 | AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi
    16-06-2026, 14:37 | Dollar ucuzlaşır? - AÇIQLAMA
    16-06-2026, 14:31 | Məhərrəm ayında toy etmək olar? İlahiyyatçıdan açıqlama
    16-06-2026, 14:16 | Bakıda usta iş yerində öldü
    16-06-2026, 14:12 | Prezident fərman imzaladı
    16-06-2026, 13:03 | Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlandı
    16-06-2026, 12:48 | Paşinyan Bakının 1 nömrəli düşmənini tutdu – O, Azərbaycana gətirilir?
    16-06-2026, 12:46 | "Subsidiyalar daha çox məhsulu əhatə edəcək" - Nazirdən fermerlərə ŞAD xəbər
    16-06-2026, 12:32 | “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
    16-06-2026, 12:25 | Məktəbli formaları dəyişdirilir?
    15-06-2026, 22:49 | Obolonda partlayış baş verdi
    15-06-2026, 22:47 | İran Hörmüzdən keçid üçün pul alacaq? - Tramp
    15-06-2026, 22:43 | Yekun razılaşma formalaşdırılmayıb - Pezeşkian
    15-06-2026, 21:43 | İranla razılaşma Livanı da əhatə etməlidir - Merz
    15-06-2026, 21:36 | Putini lağa qoyan rusiyalı rəssam Polşada öldürüldü
    15-06-2026, 21:30 | Qəzzada ölən fələstinlilərin sayı açıqlandı
    15-06-2026, 13:14 | Pakistanda təyyarə qəzası: iki pilot həlak oldu - Video
    15-06-2026, 13:12 | Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?
    15-06-2026, 11:04 | Bloqerin bacısı avtoqəzada həlak oldu
    15-06-2026, 11:01 | ABŞ-la İran arasındakı razılaşmaya Ərdoğandan reaksiya
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.