Mediaxeberleri.az
    
  • Xətaidə konsert proqramı... - Foto
    Xətaidə konsert proqramı... - Foto
  • 
  • PREZİDENTDƏN YÜKSƏK VƏZİFƏYƏ TƏYİNAT - Hüseyn Əliyev kimdir?
    PREZİDENTDƏN YÜKSƏK VƏZİFƏYƏ TƏYİNAT - Hüseyn Əliyev kimdir?
  • 
  • Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+FOTOLAR
    Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+FOTOLAR
  • 
  • Qızıl kəskin ucuzlaşdı
    Qızıl kəskin ucuzlaşdı
  • 
  • Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi
    Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi
  • 
  • Nəriman Həsənzadənin son durumu...
    Nəriman Həsənzadənin son durumu...
  • 
  • "RUSİYADA NİFRƏTİN YENİ HƏDƏFİ MİQRANTLAR OLACAQ...” – “Soydaşlarımızın kütləvi şəkildə Azərbaycana qayıtması qaçılmaz ola bilər”
    "RUSİYADA NİFRƏTİN YENİ HƏDƏFİ MİQRANTLAR OLACAQ...” – “Soydaşlarımızın kütləvi şəkildə Azərbaycana qayıtması qaçılmaz ola bilər”
  • 
  • Səməd Vurğunun pianoçu nəticəsi: Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb - MÜSAHİBƏ
    Səməd Vurğunun pianoçu nəticəsi: Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb - MÜSAHİBƏ
  • 
  • MB qaydaları dəyişdi: onlayn kredit belə veriləcək
    MB qaydaları dəyişdi: onlayn kredit belə veriləcək
  • 
  • Nəriman Həsənzadənin sağlamlıq vəziyyəti ilə bağlı xəbər var
    Nəriman Həsənzadənin sağlamlıq vəziyyəti ilə bağlı xəbər var
  • 
  • Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN
    Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN
  • 
  • DÇ-2026-da pley-off mərhələsi: Daha üç 1/8 finalçı məlum olacaq
    DÇ-2026-da pley-off mərhələsi: Daha üç 1/8 finalçı məlum olacaq
  • 
  • Almaniya dünya çempionatı ilə vidalaşdı - DÇ-2026-da sensasiya
    Almaniya dünya çempionatı ilə vidalaşdı - DÇ-2026-da sensasiya
  • 
  • "İşə düzəltmə" adı ilə dələduzluq - Odlar Yurdu Universitetinin də adı hallanır
    "İşə düzəltmə" adı ilə dələduzluq - Odlar Yurdu Universitetinin də adı hallanır
  • 
  • Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək
    Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək
  • 
  • "Qarabağ" Ukrayna klubuna uduzdu
    "Qarabağ" Ukrayna klubuna uduzdu
  • 
  • VƏFAT EDƏN HƏR 10 ŞƏXSDƏN 4-Ü... - Pensiyaçılarla bağlı ACI STATİSTİKA
    VƏFAT EDƏN HƏR 10 ŞƏXSDƏN 4-Ü... - Pensiyaçılarla bağlı ACI STATİSTİKA
  • 
  • Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: "Mənə "eqolu" deyirdilər, indi bundan zövq alıram" - VİDEOMÜSAHİBƏ
    Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: "Mənə "eqolu" deyirdilər, indi bundan zövq alıram" - VİDEOMÜSAHİBƏ
  • 
  • Dövlət xidmətinin 42 rəhbər şəxsi CƏZALANDIRILIB - RƏSMİ
    Dövlət xidmətinin 42 rəhbər şəxsi CƏZALANDIRILIB - RƏSMİ
  • 
  • RUSİYAYA GEDƏN AZƏRBAYCANLILARA YENİ TƏLƏB - Qüvvəyə mindi (VİDEO)
    RUSİYAYA GEDƏN AZƏRBAYCANLILARA YENİ TƏLƏB - Qüvvəyə mindi (VİDEO)
  • 
  • Azərbaycan nefti bahalaşıb
    Azərbaycan nefti bahalaşıb

Son xəbərlər :
  • UEFA Çempionlar Liqası: "Sabah" minimal hesabla "KuPS"-a qalib gəldi
  • Dərinləşən Bakı-Berlin əlaqələri: Siyasi, iqtisadi və rəqəmsal inkişaf prioritetləri
  • Azərbaycan ilə Almaniya arasında Birgə Bəyannamə imzalandı - MƏTN (Yenilənib)
  • Kanalda batan şəxsin meyiti tapıldı
  • Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...
  • Rusiyadan Özbəkistan məhsullarına qadağa
  • Hind bəylə, azərbaycanlı gəlinin 7 gün davam edən toyu- VİDEO
  • Azərbaycan-Almaniya Biznes Şurası yeni əməkdaşlıq imkanları üçün platforma rolunu oynayacaq
  • Prezident Almaniya kanslerini Azərbaycana dəvət etdi
  • Prezident Berlində AB ilə əlaqələrdən danışdı
  • Gənc vəkillər dindirmədə iştirak etmədən protokolu imzaladılar - MƏHKƏMƏDƏN İFŞA
  • Prezidentlərin geniş tərkibdə görüşü oldu
  • Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür - VİDEO
  • Ağstafada 78 yaşlı kişi yıxılaraq öldü
  • Nail Kəmərlinin yaydığı skandal görüntü: gerçəkləri özü açıqladı - VİDEO
  • Pensiya alanların nəzərinə - Bu tarixdə
  • Prezidentlərin təkbətək görüşü keçirilir
  • Qazaxda icra başçısı şəhidin evində aparılan təmir işlərinin mövcud vəziyyəti ilə yerində maraqlanıb
  • Özəl bağçalara aylıq 350 manatadək dövlət dəstəyi veriləcək - Proses necə aparılacaq?
  • Rusiya üzərində 209 PUA vuruldu
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Azərbaycanda sümüksüz ət 11 manata oldu: Haradan gətirilir, hansı təhlükəsi var?

  • Tarix: 13-10-2025, 11:07

Son vaxtlar paytaxtın müxtəlif ərazilərində açılan yeni ət dükanlarında qiymətlər diqqət çəkir. Yerli bazarlarda ətin kiloqramı 15-17 manat arasında dəyişdiyi halda, xaricdən gətirilən ətlər 11-12 manata təklif olunur. Hətta bəzi dükanlarda sümüksüz ətin də bu qiymətə satıldığı bildirilir.

Təbii ki, ucuz qiymət ilk baxışdan istehlakçı üçün cəlbedici görünür. Lakin bu cür ətlərin mənşəyi, keyfiyyəti və saxlanma şəraiti ilə bağlı ciddi suallar da yaranır.

Dondurulmuş və ya uzun müddət saxlanmış ətin istehlak üçün təhlükə yaratma ehtimalı varmı?
Bu ətlərin keyfiyyətinə və mənşəyinə necə nəzarət olunur?

Mövzu ilə bağlı Publika.az-ın suallarını cavablandıran Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, Azərbaycan istehlakçılarının ağız dadına öyrəşdiyi yerli ətlərlə əhalini tam təmin etmək mümkün deyil:

“Buna görə də Ukrayna, Türkiyə, İran, Monqolustan, Braziliya və digər ölkələrdən ət idxal olunur. Lakin bu ətlər insanların ağız dadına uyğun gəlmir. Dondurulmuş ətlər təhlükəsiz olsa da, keyfiyyət baxımından yerli ətlərdən geri qalır. Bununla belə, onlar Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altındadır, yəni təhlükəli və ya xəstə heyvan ətləri deyil. Məhz bu səbəbdən ət bazarında müəyyən disbalans yaranıb”.

Ekspert əlavə etdi ki, istehlakçıların ucuz və keyfiyyətli ət alması vacib olsa da, yaxın vaxtlarda vəziyyətin düzələcəyi gözlənilmir:

“Əgər azad olunmuş ərazilərdə ciddi işlər görülərsə, böyük heyvandarlıq meqafermaları yaradılarsa, vəziyyət təxminən 8 ilə sabitləşə bilər”.

E.Hüseynovun sözlərinə görə, bu məsələ xarici investorların da diqqətindədir:

“Məsələn, Perudan Malik adlı bir şəxs mənə zəng edərək bildirdi ki, onlar Azərbaycandakı ət bazarını diqqətlə izləyirlər. O, hökumətin qarşıya qoyduğu hədəflərin hələ reallaşmadığını, meqafermaların yaradılması və qanunvericilikdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilmədiyini qeyd etdi. Onun fikirləri ilə tam razıyam. Həqiqətən də hökumətin müəyyən etdiyi vəzifələr yerinə yetirilmir”.

Ekspert kənd təsərrüfatı siyasətində ziddiyyətli yanaşmaların olduğunu da diqqətə çatdırdı:

“Guya ət istehsalını artırmaq üçün insanlara "quzu əti yeməyin, beçə əti yeməyin, yaşlı heyvanların ətini yeyin" kimi çağırışlar edilir. Hətta bu fikirlər televiziya efirlərində də səsləndirilir ki, bu da gülünc və məntiqsizdir. Hətta idarə rəhbərlərindən biri kəndə gedəndə “cavan beçə əti yemirəm, qocalmış xoruz əti yeyirəm, o daha qidalıdır” deyə açıqlama verir. Bu, əlbəttə ki, gülünc və qeyri-ciddi mövqedir. Guya belə çıxışlarla kənd təsərrüfatı siyasəti yürüdürlər”.

Eyyub Hüseynovun fikrincə, əsas məqsəd yerli istehsalın gücləndirilməsi olmalıdır:

“İnsanlar onsuz da yerli ətə üstünlük verirlər. Hökumət elə siyasət həyata keçirməlidir ki, heyvandarlıq inkişaf etsin və bazar yerli ətlərlə zənginləşsin”.

Eyyub Hüseynovun sözlərindən aydın olur ki, ölkəyə idxal edilən dondurulmuş ətlərin keyfiyyəti olduqca aşağıdır. İndi isə məsələnin iqtisadi tərəflərinə nəzər salaq.

Maraqlıdır, istehlakçıların ucuz idxal ətə üstünlük verməsi yerli istehsala hansı təsirləri göstərə bilər? Bu vəziyyət yerli bazarda ətin qiymətinin ucuzlaşmasına səbəb ola bilərmi?

İqtisadçı Razi Abbasbəyli Publika.az-a açıqlamasında qeyd etdi ki, Azərbaycana gətirilən mal ətinin qiymət fərqləri, əsasən, məhsulun keyfiyyət göstəriciləri ilə bağlıdır:

“Azərbaycan əsasən Monqolustandan dondurulmuş heyvan ətləri idxal edir. Bu ətlər aşağı kateqoriyalı və aşağı keyfiyyətli hesab olunur. Həm kalori tutumu, həm də uzun müddət saxlanılması baxımından bu məhsullar o qədər də keyfiyyətli kateqoriyaya aid deyil. Eyni zamanda qocalmış damazlıq heyvanların ətləri olduğuna görə maya dəyəri aşağı olur və bu da bazarda ucuz satışla nəticələnir”.

Ekspertin sözlərinə görə, yerli bazarda ətin qiymətinin ucuzlaşması gözlənilmir:

“Azərbaycan Gürcüstan və Hindistandan da paralel olaraq mal əti idxal edir. Son iki ildə idxal həcmi təxminən 2,5 dəfə artıb. Lakin heyvan yemlərinin, baytarlıq təminatının, aqrar sektorun xərclərinin artması, həmçinin logistika və yanacaq qiymətlərinin bahalaşması ətin maya dəyərini yüksəldir. Bu isə yalnız Azərbaycanda deyil, bütün dünyada müşahidə olunan qlobal prosesdir”.

Razi Abasbəyli hesab edir ki, hazırda bazarda müşahidə olunan ucuzlaşma müvəqqətidir:

“Bu, istifadəyə az yararlı, keyfiyyətsiz ətlərin idxalı ilə bağlı olan süni ucuzlaşmadır. İdxal azaldıqdan sonra qiymətlər yenidən bahalaşacaq, hətta daha çox artacaq. Xüsusilə də qarşıdakı qış aylarında ətin qiymətində bahalaşma qaçılmaz olacaq”.

Gülnar Süleymanova


Oxunub: 870
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 21:55 | UEFA Çempionlar Liqası: "Sabah" minimal hesabla "KuPS"-a qalib gəldi
    Dünən, 21:28 | Dərinləşən Bakı-Berlin əlaqələri: Siyasi, iqtisadi və rəqəmsal inkişaf prioritetləri
    Dünən, 21:15 | Azərbaycan ilə Almaniya arasında Birgə Bəyannamə imzalandı - MƏTN (Yenilənib)
    Dünən, 18:21 | Kanalda batan şəxsin meyiti tapıldı
    Dünən, 18:18 | Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...
    Dünən, 18:16 | Rusiyadan Özbəkistan məhsullarına qadağa
    Dünən, 16:31 | Hind bəylə, azərbaycanlı gəlinin 7 gün davam edən toyu- VİDEO
    Dünən, 16:29 | Azərbaycan-Almaniya Biznes Şurası yeni əməkdaşlıq imkanları üçün platforma rolunu oynayacaq
    Dünən, 16:26 | Prezident Almaniya kanslerini Azərbaycana dəvət etdi
    Dünən, 16:24 | Prezident Berlində AB ilə əlaqələrdən danışdı
    Dünən, 13:12 | Gənc vəkillər dindirmədə iştirak etmədən protokolu imzaladılar - MƏHKƏMƏDƏN İFŞA
    Dünən, 13:09 | Prezidentlərin geniş tərkibdə görüşü oldu
    Dünən, 12:04 | Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür - VİDEO
    Dünən, 12:03 | Ağstafada 78 yaşlı kişi yıxılaraq öldü
    Dünən, 12:00 | Nail Kəmərlinin yaydığı skandal görüntü: gerçəkləri özü açıqladı - VİDEO
    Dünən, 11:55 | Pensiya alanların nəzərinə - Bu tarixdə
    Dünən, 11:53 | Prezidentlərin təkbətək görüşü keçirilir
    Dünən, 11:51 | Qazaxda icra başçısı şəhidin evində aparılan təmir işlərinin mövcud vəziyyəti ilə yerində maraqlanıb
    Dünən, 11:49 | Özəl bağçalara aylıq 350 manatadək dövlət dəstəyi veriləcək - Proses necə aparılacaq?
    Dünən, 11:33 | Rusiya üzərində 209 PUA vuruldu
    Dünən, 11:29 | Çevik iş vaxtı şamil ediləcək sahələr və şəxslər açıqlandı
    Dünən, 11:26 | Cavid Babazadə Kanadada faciəvi şəkildə vəfat etdi
    Dünən, 11:23 | Regionlarda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanıldı - Bakıda saat 15:00-da başlayacaq
    Dünən, 10:12 | Baş həkim olmaq arzusunda olan şəxsə qarşı dələduzluq edənlər qərardan şikayətçidirlər
    Dünən, 10:10 | 4 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başladı
    Dünən, 10:07 | Magistraturaya ixtisaslaşma seçimi başlanır
    Dünən, 08:24 | Kriptobirjada yüksəliş davam edib - “Bitcoin”in qiyməti 65,6 min dolları ötüb
    Dünən, 08:21 | Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı – MƏHKƏMƏ
    Dünən, 08:16 | UEFA Çempionlar Liqası: "Sabah" növbəti sınaq qarşısında
    Dünən, 08:13 | “İdman Paytaxtı” Qazaxda velosiped idmanının şose növündə keçiriləcək Federasiya Kuboku yarışına hazırlıq işləri müzakirə olunub
    Dünən, 08:00 | Bakıda 4 il əvvəl açılışı olmuş bağça niyə hələ də fəaliyyət göstərmir? - VİDEO
    Dünən, 07:51 | Dünyanın aparıcı media resursları IV Şuşa Qlobal Media Forumundan nə yazdılar? - VİDEO
    Dünən, 07:50 | İlham Əliyev Berlində Mixael Harms ilə görüşüb - FOTOLAR
    Dünən, 07:46 | ƏHALİNİN SIYAHIYAALINMASI BAŞLAYIR - "Kupça" və qeydiyyat məsələlərinə təsiri olacaq?
    Dünən, 07:44 | 6 aydır bu rayonun icra başçısı yoxdur
    20-07-2026, 21:34 | Qazaxda faciə - ata və qızı göldə batdı - VİDEO
    20-07-2026, 16:02 | TuranBank-ın Gəncə filialı artıq yeni ünvanda
    20-07-2026, 16:00 | HƏMAS-ın yeni lideri o oldu
    20-07-2026, 15:58 | Baş Prokurorluqdan estetik mərkəzlə bağlı açıqlama
    20-07-2026, 12:36 | Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
    20-07-2026, 12:34 | İşdən çıxarılan generalın yerinə bu şəxs təyin olundu
    20-07-2026, 12:13 | Hörmüz tam olaraq “məhv edilir” – Mühüm plan
    20-07-2026, 12:10 | Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlandı
    20-07-2026, 11:24 | Rusiyanın zərbə endirdiyi Türkiyəyə məxsus gəmidə daha dörd dənizçinin meyiti tapıldı
    20-07-2026, 11:18 | Futbol üzrə dünya çempionatının finalı hansı rekordlarla yadda qaldı?
    20-07-2026, 10:39 | Avtomobil Yolları Dövlət Agentliyinin sabiq vəzifəli şəxsinə hökm oxundu
    20-07-2026, 10:37 | Bakı və Astaranın bəzi ərazilərində işıq olmayacaq
    20-07-2026, 10:36 | Müavinət və Prezident təqaüdü ilə bağlı açıqlama
    20-07-2026, 10:34 | Neft həftəyə bu qiymətlə başladı
    20-07-2026, 10:32 | Rusiyada güclü zəlzələ oldu
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.