Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1.84% artaraq 4 074 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 4.43% artaraq 49.36 ABŞ dolları olub.
Oxunub: 58
Xəbəri paylaş
Paylaş: