Tovuzda zəhərlənmə: 3 uşaq xəstəxanaya yerləşdirildi
Tovuz rayonunda bədbəxt hadisə baş verib. Mediaxeberleri.Az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakinləri 4 yaşlı İlqar Hüseynzadə, 5 yaşlı Nihad Hüseynzadə və 6 yaşlı Gülnur Hüseynzadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətiriliblər. Onlara lazımi tibbi yardım göstərilib. İlkin məlumata görə, uşaqlar yaşadıqları evdə turşu yedikdən sonra zəhərləniblər. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 96
Xəbəri paylaş
Paylaş: