Gəncədə baş verən partlayışda iki nəfər yaralandı
Gəncə şəhərində yaşayış binasında baş verən partlayışda iki nəfər xəsarət alıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzildə yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən edilib. FHN qüvvələri zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş verən yanğının genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan vermədən qısa müddətdə söndürüb. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub. Partlayış dalğasının təsirindən 1989-cu il təvəllüdlü Qurbanov Elnur Nazim oğlu və 1963-cü il təvəllüdlü Nağıyeva Zərinə Abuzər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.