Gümüşün qiyməti son 14 ildə ilk dəfə 49 dolları ötüb
"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi - red.) gümüş füçerslərinin qiyməti 2011-ci il aprelin 29-dan bəri ilk dəfə bir Trua unsiyası üçün 49 dollardan yuxarı olub. Mediaxeberleri.Az-ın xəbərinə görə, bunu ticarət platformasının məlumatları göstərir. Bakı vaxtı ilə saat 19:05-ə olan məlumata görə, gümüşün qiyməti 2.91% artaraq 1 Trua unsiyası üçün 49.04 dollar təşkil edib. Bakı vaxtı ilə saat 19:10-da gümüşün qiyməti bir qədər azalaraq 48.85 dollara düşüb.
Oxunub: 101
Xəbəri paylaş
Paylaş: