Bu şəxslər yaşa görə müavinət də ala bilməyəcək - SƏBƏB
MEDİAXEBERLERİ.AZ xəbər verir ki, yaşa görə müavinət 65 yaşına çatmış kişilər, eləcə də 64 yaş 6 ayına çatmış qadınlara (bu yaş tədricən artırılır) təyin edilir. Əgər şəxs əmək pensiyası almaq üçün minimum pensiya kapitalını və ya 25 il sığorta stajını toplamayıbsa, o zaman bu müavinəti almaq hüququ olur. Amma tələb olunan yaşa çatmaq hələ yaşa görə müavinət almaq hüququna sahib olmaq anlamına gəlmir. Belə ki, 65 yaşı tamam olan şəxs işləyirsə, o, sözügedən müavinətdən mərhum olur. Çünki yaşa görə müavinət — əmək pensiyası almaq hüququ olmayan, heç bir yerdə işləməyən və rəsmi gəliri olmayan şəxslərə verilir. Qanunvericiliyə əsasən yaşa görə müavinət yalnız işləməyən şəxslərə təyin edilir. Əgər şəxs rəsmi şəkildə işləyirsə (dövlət və ya özəl sektorda), müavinət təyin olunmur və ya kəsilir. Əmək müqaviləsi bitdikdən və şəxs işsiz olduqdan sonra, yenidən müraciət etməklə müavinət almaq hüququ əldə edə bilər. Yaşa görə müavinət əmək pensiyası almaq hüququ olmayan, lakin müəyyən yaş həddinə çatmış şəxslərə dövlət tərəfindən verilən aylıq sosial ödənişdir.