Maqneziumun faydaları və qidalanmada rolu
Maqnezium insan orqanizmi üçün vacib mineraldır, 300-dən çox biokimyəvi prosesdə iştirak edir — əzələlərin işləməsi, sinir siqnalı ötürülməsi, enerji istehsalı kimi funksiyalarda rolu var. Maqneziumla zəngin qidalar arasında ispanaq və digər mörəyi yaşıl yarpaq tərəvəzlər, badam, balqabaq çəyirdəkləri, tam taxıllar, paxlalılar, yağlı balıqlar və süd məhsulları vardır.
Mediaxeberleri.Az bildirir k, orqanizm özü maqneziumu istehsal edə bilmədiyindən, bu minerali qida və ya əlavələr vasitəsilə almaq lazımdır.
Maqnezium çatışmazlığı yorğunluq, əzələ spazmları, yuxu pozuntuları və ürək ritm problemləri kimi simptomlara səbəb ola bilər.
Yetkin insanlarda gündəlik maqnezyum ehtiyacı 400–420 mg, qadınlarda isə 310–320 mg olaraq göstərilir.
Maqnezium əlavələri yalnız qida ilə kifayət qədər alınmadığı hallarda və həkim nəzarəti ilə istifadə edilməlidir həddindən artıq qəbul ishal, aşağı qan təzyiqi və elektrolit balansının pozulmasına gətirib çıxara bilər.