Göyçayda ağır qəza: ölən var
Göyçayda ağır yol qəzası olub. Mediaxeberleri.Az Report-a istinadən xəbər verir ki, hadisə noyabrın 19-da saat 23:30 radələrində rayonun Natəvan küçəsində qeydə alınıb. Belə ki, VAZ-2107 markal avtomobil idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan 35 yaşlı Vasif İsmayılov ölüb, həmyaşıdı Nurlan Cəbrayılov xəsarət alıb. N.Cəbrayılov xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 12
Xəbəri paylaş
Paylaş:





















