Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ
    Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ

Son xəbərlər :
  • "Qarabağ" "Dinamo Zaqreb"lə qarşılaşdı
  • Sabah Bakının bu yolları bağlanacaq
  • Bakıda poliklinikada rentgen şəkillərini qızdırıcıda qurudurlar? - VİDEO
  • Gəncə şəhərində yolların əsaslı təmirini bu şirkət həyata keçirəcək – 4.8 milyon alacaq
  • Füzulidə yeniyetmənin şok qisası: atasına görə 86 minlik malı YANDIRDI
  • Bu nazirliyin mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı
  • Leyla və Arzu Əliyevalar konsertdə iştirak etdilər
  • 15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi – Məhkəmə cəzalandırdı
  • Dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişdi
  • Ağstafanın Aşağı Göycəli kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidimizin anası evində ziyarət olunub
  • Zal Yusifovun oğlunun işi: Səs yazısı var...
  • Azərbaycanda aliment artırılacaq
  • Ağstafa rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr Zəfər Gününə ithaf olunan “Gülüstan” tamaşası nümayiş etdirilib
  • Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
  • Ramiz Mehdiyev Xoşqədəmi bu yolla öldürtmək istəyirmiş - Planın üstü necə açılıb?
  • Prezident 2 fərman imzaladı
  • Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı
  • Mehdiabad sakinlərinin avtobus problemi: bəziləri gecikir, bəziləri qəsəbəyə girmir
  • 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü - O hadisədən əvvəl nə deyib? - YENİLƏNİB
  • Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qazaxda 27 Sentyabr - Anım Gününün beşinci ildönümü ilə əlaqədar şəhid ailələri ilə görüş keçirilib

  • Tarix: 27-09-2025, 09:17

Bu gün Azərbaycan Vətən müharibəsində qazanılan tarixi Qələbədən, antiterror tədbirlərinin uğurla başa çatmasından sonra suverenliyimizin bütün ərazilərimizdə tam bərpasından, doğma Qarabağımızda həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən və Böyük Qayıdışdan irəli gələn yeni hədəfləri müəyyənləşdirən qalib dövlət kimi müstəqilliyinin ən qüdrətli dövrünü yaşayır. 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 günə tarixi qələbə ilə başa çatan Vətən müharibəsində qəhrəman oğullarımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında döyüş meydanında şücaət göstərərək bütün şəhidlərimizin qisasını aldılar, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edir. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olacağıq.

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

27 Sentyabr - Anım Günü ilə əlaqədar Qazax rayonunda da şəhidlərimizin xatirəsinə həsr olunmuş silsilə tədbirlər təşkil olunur. Həmin tədbirlər çərçivəsində Qazax şəhərində yerləşən “Qərb Qapısı” şadlıq sarayında 27 Sentyabr - Anım Gününün beşinci ildönümü ilə əlaqədar süfrə arxasında şəhid ailələri ilə görüş keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil edilmiş görüşdə igid Vətən oğullarının əziz xatirəsi ehtiramla anılıb. 

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatın məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən yolunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Vətən oğullarının ruhlarına yasin oxuyub, şəhidlərimizin ruhuna hörmət və ehtiram ifadə olunub.

Tədbirin aparıcısı, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş, ehtiyatda olan kapitan Samir Çobanov çıxış edərək tədbir iştirakçılarını, dəyərli şəhid ailələrini salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğullarının şücaətinin yüksək qiymətləndirilməsi, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilməsi, xatirəsinin uca tutulması məqsədilə, eyni zamanda, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq ölkə başçısı İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 27 sentyabrın Azərbaycan Respublikasında Anım Günü kimi təsis edildiyini diqqətə çatdırıb. S.Çobanov qeyd edib ki, məhz bu gündə xalqımız İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini, bütün şəhidlərini dərin ehtiramla anır, ruhlarına dualar oxuyur. S.Çobanov respublikamızın bütün bölgələrində olduğu kimi, Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonumuzda da 27 Sentyabr - Anım Günü münasibətilə müxtəlif anım tədbirlərinin, konfransların, dəyirmi masaların keçirildiyini, rayon rəhbərliyi tərəfindən anım günü ərəfəsində şəhidlərin məzarlarının ziyarət edildiyini, şəhid ailələri, Vətən müharibəsi əlilləri, qazilərlə görüşlər keçirildiyini, bugünkü görüşün də həmin silsilə tədbirlərin davamı olduğunu diqqətə çatdırıb. S.Çobanov Qazax rayonunda şəhidlərin adının əbədiləşdirilməsi üçün “Qanları ilə dastan yazanlar”, “Vətəni canından əziz bilənlər”, “Şanlı Vətən Oğulları” kitablarının çap edildiyini, “Qarabağ Azərbaycandır!” Abidə Kompleksinin inşa olunduğunu, Qazax Tarix-Diyarşünaslıq Muzeyində, Bakı Dövlət Universitetinin Qazax filialında Xatirə guşəsinin yaradıldığını, Qazax Şəhidlər xiyabanına isə şəhidlərin şəkilləri əks olunan mərmər lövhələrin vurulduğunu bildirib. Bu günlərdə qardaş Türkiyədə səfərdə olan S.Çobanov səfər barədə xoş təəssüratlarını bölüşüb, “Şanlı Vətən Oğulları” kitabını Millî Savunma Bakanı Yaşar Gülərə və digər rəsmilərə təqdim etdiyini bildirib. S.Çobanov vurğulayıb ki, Qazax rayonunun 348 nəfər şəhidi vardır. Bunlardan 289 nəfəri Birinci Qarabağ müharibəsi, 49 nəfəri 44 günlük Vətən müharibəsi şəhidi, 2 nəfər müharibədən sonra xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş, 3 nəfər 2022-ci il sentyabr ayının 12-dən 13-ə keçən gecə düşmən təxribatının qarşısını alan zaman şəhid olmuş və 5 nəfər hərbi qulluqçumuz isə 19-20.09.2023-cü il tarixlərində Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuşdur. Birinci Qarabağ müharibəsi zamanı Qazax rayonu üzrə 7 nəfər şəhidimiz Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Qazax rayonu üzrə 44 günlük Vətən müharibəsi, 2022-ci ilin Sentyabr döyüşləri zamanı və Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş hərbi qulluqçular isə Respublika Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 2 nəfər “Qarabağ” ordeni, 8 nəfər “Azərbaycan Bayrağı” ordeni, 5 nəfər 3-cü dərəcəli “Rəşadət” ordeni, 14 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, habelə 58 nəfər şəhid müxtəlif adda 226 ədəd orden və medalla təltif edilmişdir. Qazax rayonu üzrə Vətən müharibəsi zamanı 246 nəfər hərbi qulluqçu müxtəlif dərəcəli xəsarət almışdır ki, həmin şəxslərdən 74 nəfərə əlillik dərəcəsi təyin edilmişdir. Xəsarət almış 250 nəfər hərbi qulluqçu ümumilikdə, müxtəlif adda 617 ədəd orden və medallarla (onlardan 1 nəfər “Azərbaycan Bayrağı” ordeni, 1 nəfər 3-cü dərəcəli “Rəşadət” ordeni, 3 nəfəri isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə) təltif olunmuşlar. O cümlədən, Respublika Prezidentinin müvafiq sərəncamına əsasən Qazax rayonu üzrə hazırda hərbi xidmətini davam etdirən 1 nəfər hərbi qulluqçumuz polkovnik-leytenant Nicad Bədəlov Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını, şəhid ailələrini salamlayıb, dəvəti qəbul edib tədbirdə iştirak etdiklərinə görə minnətdarlığını bildirib, səmimi ürək sözlərini bölüşüb. “Bu gün bizlər siz şəhid ailələri ilə bir yerdə olmaqdan qürur duyuruq. Sizlərin bu məclisdə iştirak etməyiniz bizlərə başucalığı gətirir”, - söyləyən icra başçısı 27 Sentyabr - Anım Gününün beşinci ildönümünə həsr olunmuş tədbirin əhəmiyyətindən danışıb. İcra başçısı bugünkü görüşün təkcə şəhid ailələrinin bir süfrə ətrafında görüşməsi üçün təşkil olunmadığını, eyni zamanda, beş il əvvəl olduğu kimi, bir daha dərdlərinə məlhəm olmaq, onlara olan diqqət və qayğını, ehtiramı göstərmək üçün təşkil oldunduğunu söyləyib. İcra başçısı bildirib ki, bu gün qalib, qəhrəman xalq olaraq qürurla danışırıqsa, bu adı daşıyırıqsa, bu, şəhidlərimizin qanı, qazilərimizin canı bahasına olub, buna görə onlara borcluyuq. Rayon rəhbəri qeyd edib ki, bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara və ailələrinə bir ömür boyu borclu və minnətdarıq. “Şəhid ailəsi bilməlidir ki, onlara göstərilən qayğı tək bu gün üçün deyil, nə qədər Azərbaycan xalqı var, Azərbaycan dövləti var şəhid ailələri daim diqqət mərkəzində olacaq. Sizin övladlarınız tarix yazdılar, tarixi yaşatdılar”, - deyən rayon rəhbəri şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını, onlarla hər kəsin qürur duyacağını söyləyib. İcra başçısı Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından söz açıb. "Ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, Birinci vitse-prezident Mehriban xanım qazilərimizin yarası Azərbaycan xalqının yarasıdır deyirsə, bu, hər bir dövlət məmuru üçün nümunə olmalıdır", - deyən icra başçısı bu gün bir dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizin ailələri ilə süfrə ətrafında görüşməyi özünə borc bildiyini dilə gətirib.

Şəhid ailələri ilə olan görüşdə yaxın müddətdə Azərbaycan Respublikasının Müdafiə naziri tərəfindən Baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun və kiçik çavuş Qaragözov Alıxan Əkbər oğlunun təltif olunduqları “Şücaətə görə” medalı qəhrəman şəhidlərimizin analarına təqdim olunub.  

Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş gizir Amid Məmmədovun atası, Birinci Qarabağ  müharibəsi veteranı Müqabil Məmmədov çıxış edərək xoş arzularını çatdırıb. “Bu gün bizlər üçün çətin olsa da, bizlər övlad itirsək də qürurlanmalıyıq ki, torpaqlarımız azaddır. Körpə balalarımız azad yaşayacaqlar. Qürurlanmalıyıq ki, bu gün Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda üçrəngli Azərbaycan Bayrağı dalğalanır”, - deyən şəhid atası bütün bunlara görə Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu söyləyib. “Bu gün qürurlanırıq ki, biz şəhid ailələri dövlətimiz tərəfindən hər zaman qayğı ilə əhatə olunmuşuq, dövlət biz şəhid ailələrinin arxasındadır”, - deyən şəhid atası onlara göstərilən dövlət qayğısına görə ölkə başçısına minnətdarlığını bildirib. Şəhid ailələrinə olan səmimi münasibətə və daim yanlarında olduqlarına görə rayon rəhbərinə razılığını ifadə edib. 

Vətən müharibəsi şəhidi, ölkə başçısının müvafiq Sərəncamlarına əsasən ölümündən sonra ”Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş gizir Sərxan Abdullayevin atası, keçmiş hərbçi, Birinci Qarabağ  müharibəsi veteranı Elxan Abdullayev çıxış edərək övladı başda olmaqla bütün şəhidlərimizi qürurla andığını, igid Vətən oğullarının hər zaman xalqımızın ürəyində olduğunu, şəhid valideynləri qarşısında baş əydiyini bildirib. Şəhid ailələrinə göstərilən qayğıya görə ölkə başçısına, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Görüşdə rayon rəhbəri şəhid ailələrinin oturduqları stollara yaxınlaşaraq onlarla görüşüb, səmimi ürək sözlərini bölüşüb.


Oxunub: 999
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 20:26 | "Qarabağ" "Dinamo Zaqreb"lə qarşılaşdı
    Dünən, 20:24 | Sabah Bakının bu yolları bağlanacaq
    Dünən, 20:11 | Bakıda poliklinikada rentgen şəkillərini qızdırıcıda qurudurlar? - VİDEO
    Dünən, 19:43 | Gəncə şəhərində yolların əsaslı təmirini bu şirkət həyata keçirəcək – 4.8 milyon alacaq
    Dünən, 19:42 | Füzulidə yeniyetmənin şok qisası: atasına görə 86 minlik malı YANDIRDI
    Dünən, 19:40 | Bu nazirliyin mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı
    Dünən, 19:38 | Leyla və Arzu Əliyevalar konsertdə iştirak etdilər
    Dünən, 18:27 | 15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi – Məhkəmə cəzalandırdı
    Dünən, 18:25 | Dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişdi
    Dünən, 18:21 | Ağstafanın Aşağı Göycəli kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidimizin anası evində ziyarət olunub
    Dünən, 18:13 | Zal Yusifovun oğlunun işi: Səs yazısı var...
    Dünən, 18:11 | Azərbaycanda aliment artırılacaq
    Dünən, 17:30 | Ağstafa rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr Zəfər Gününə ithaf olunan “Gülüstan” tamaşası nümayiş etdirilib
    Dünən, 16:42 | Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
    Dünən, 16:37 | Ramiz Mehdiyev Xoşqədəmi bu yolla öldürtmək istəyirmiş - Planın üstü necə açılıb?
    Dünən, 16:34 | Prezident 2 fərman imzaladı
    Dünən, 16:13 | Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı
    Dünən, 16:11 | Mehdiabad sakinlərinin avtobus problemi: bəziləri gecikir, bəziləri qəsəbəyə girmir
    Dünən, 16:10 | 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü - O hadisədən əvvəl nə deyib? - YENİLƏNİB
    Dünən, 16:07 | Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
    Dünən, 15:30 | Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
    Dünən, 15:12 | Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
    Dünən, 14:43 | Şirvan kanalından Hacıqabul gölünə su axıdılacaq
    Dünən, 14:16 | Bu yol tam bağlandı
    Dünən, 14:10 | Vəzifəli şəxslərə kənar fəaliyyətlərlə əlaqədar məhdudiyyətlər və qadağalar qoyulacaq
    Dünən, 13:59 | İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər
    Dünən, 13:57 | Yaşayış minimumu və ehtiyac meyarının məbləği artırıldı
    Dünən, 13:25 | Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb
    Dünən, 13:23 | Sabah qar yağacaq
    Dünən, 13:20 | Ümumi təhsil üzrə yeni standartlar hazırlanır - ilin sonuna qədər tamamlanacaq
    Dünən, 13:18 | Pensiyaçılar üçün 258, uşaqlar üçün 274 manat…
    Dünən, 13:16 | Bu vəzifə Fərman Qurbanlıya həvalə edildi
    Dünən, 13:15 | Prokurorluqdan məktəblinin ölümü ilə bağlı açıqlama
    Dünən, 08:22 | Salyandakı ailə faciəsinin təfərrüatı - VİDEO
    Dünən, 08:15 | Sərvət maqnitləri: Pulla bağlı şanslı olan 5 BÜRC
    Dünən, 08:12 | Azərbaycana ixrac edilən böyük təhlükə... - Deputat
    Dünən, 07:55 | Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı
    Dünən, 07:52 | Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
    Dünən, 07:43 | Bəzi rayonlarda işıq olmayacaq
    Dünən, 07:30 | ABŞ ordusunda qeyri-adi hərbi təlimlər: Kütləvi məzarlar qazılıb
    Dünən, 07:18 | Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
    Dünən, 07:12 | Gizli təzyiqinizin olduğunu necə bilmək olar?
    27-10-2026, 22:29 | Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..
    27-10-2026, 22:28 | AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq
    27-10-2026, 22:26 | Dollar alıb-satanlara vacib xəbər...
    27-10-2026, 21:47 | Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
    27-10-2026, 21:45 | Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı
    27-10-2026, 21:44 | Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...
    27-10-2026, 21:26 | Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...
    27-10-2026, 20:52 | Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO - VİDEO - YENİLƏNDİ
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.