"Məktəblərdəki valideyn komitələri buraxılmalıdır" VİDEO
Məktəblərdəki valideyn komitələrinin ləğv olunması istənilir. Bunun komitə rəhbərlərinin pul tələbindən təngə gələn valideynlər istəyirlər. Vətəndaş “TikTok” sosial platforması üzərindən valideynlərə müraciət edib. Bu kimi müraciətlərin sayı nə birdir, nə də beş. Bu dəfə valideyn komitəsinin pul tələbindən təngə gələn isə digər valideyn qrupunun rəhbəridir. Əlindəki mobil telefonun ekranında ona gələn saysıs-hesabsız şikayətlərin sayını göstərir və “TikTok” üzərindən valideynlərə müraciət edir. Bahar İbadova validyenlərin giley dolu mürəciətini dilə gətirir və məktəblərdəki valideyn komitə rəhbərlərinə çağrış edir. “Xəzər Xəbər”in qaynar xəttinə valideyn komitə rəhbərlərinin tələbindən təngə gəlib müraciət edən valideynlərindən sayı az olmadığından, bu çağırış bizim də diqqətimizi cəlb etdi. Bu dəfə bir valideyn komitə rəhbəri digər həmkarlarına müraciət edir. Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, paytaxtdakı orta ümumtəhsil məktəbində vəsait toplanması iddiası ilə bağlı araşdırma aparılacaq. O da qeyd olunub ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır. Hüquqşunas Şamil Paşayev isə deyir ki, bu kimi komitələrin fəaliyyətləri ilə bağlı arzuolunmaz məqamaların sayı çoxaldıqca, məsələnin hüquqi müstəvidə həllinə ehtiyac yaranır. Hüquqşunas hesab edir ki, cəzasızlıq bu kimi halların artıq ənənəyə çevrilməsi ilə nəticələnir. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: