GÜRCÜSTAN 7, AZƏRBAYCAN 2 FAİZ... – İqtisadi artım proqnozuna görə Ukraynadan da geridəyik
Mediaxeberleri.Az xəbər verir ki, bankın iqtisadi artım proqnozlarına görə, Azərbaycanda gələn il bu göstərici Cənubi Qafqazda ən aşağı olacaq. AYİB hesab edir ki, 2026-cı ildə bu ölkələr üzrə ortalama iqtisadi artım dəyişməyərək 4,4% səviyyəsində qalacaq. Lakin ölkələr üzrə ayrı-ayrılıqda göstəricilər kifatət qədər fərqlənir. Bu regionda artım proqnozunda ən əhəmiyyətli eniş Azərbaycandadır - 1 faiz bəndi azalaraq 2 faizə düşüb. Ukraynaya aid proqnoz 0,8 faiz bəndi azalaraq 2,5 faizə, Moldovada 0,3 faiz bəndi azalaraq 1,5 faizə düşüb. Ən böyük artım isə Gürcüstanda müşahidə olunub - 7%. Bu, əvvəlki illə müqayisədə 1 faiz bəndi çoxdur. Ermənistanda artımın 5% olacağı gözlənilir. Azərbaycanla bağlı qeyd olunur ki, ölkəmizin qarşılaşa biləcəyi risklərə “enerji qiymətlərindəki dəyişkənlik, qlobal ticarətdə qeyri-müəyyənlik və regional geosiyasət” daxildir. Əlbəttə ki, ümumilikdə ölkə iqtisadiyyatında yaranmış resessiya meylləri və AYİB kimi nüfuzlu beynəlxalq qurumların heç də ürəkaçan olmayan proqnozları hökumətin iqtisadi komandasının öz fəaliyyətilə bağlı daha dərindən düşünməsi üçün əsaslar yaradır...Avropa Yenidənqurma və İnkişaf Bankı(AYİB) gələn il üçün Şərqi Avropa və Qafqaz ölkələrinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) ÜDM-nin artım proqnozlarını açıqlayıb.