Bu gün Misli Premyer Liqasında V tura yekun vurulacaq
Misli Premyer Liqasında V tura bu gün baş tutacaq iki oyunla yekun vurulacaq. Mediaxeberleri.Az xəbər verir ki, əvvəlcə "Araz-Naxçıvan" "Qarabağ"ı qəbul edəcək. Görüş saat 17:00-da başlayacaq. "Araz-Naxçıvan" hazırda 10 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Səkkizinci yerdə olan "Qarabağ"ın isə 4 xalı var. Turun son matçında "Sumqayıt" evdə "Neftçi" ilə üz-üzə gələcək. Matçın start fiti saat 19:30-da səsləndiriləcək. "Sumqayıt" turnir cədvəlində 10 xalla ikinci yerdədir. On birinci olan "Neftçi"nin isə 3 xalı var.
Oxunub: 65
Xəbəri paylaş
Paylaş: