Mediaxeberleri.az
    
  • Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
    Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
  • 
  • Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
    Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
  • 
  • Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
    Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
  • 
  • Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
    Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
  • 
  • TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
    TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
  • 
  • “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
    “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
  • 
  • Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
    Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
  • 
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU

Son xəbərlər :
  • İcra başçısı bu gün mətbəxində yanğın hadisəsi baş vermiş Qazax Rayon Psixiatriya Xəstəxanasında xəstələr üçün yaradılmış şəraitlə yerində tanış olub
  • Ağstafanın bəzi yaşayış məntəqələrində qaz təchizatı dayandırılacaq
  • Bu ərazilərdə işıq olmayacaq
  • Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazandı
  • "Fənərbağça"nın futbolçusu klubdan ayrılmaq istəyir - Foto
  • Bu universitet üçün 1000 yerlik yataqxana kompleksi tikiləcək
  • İlham Əliyev: Ağdərə rayonunda artıq işlərə başlanılmışdır - VİDEO
  • Bakıdakı ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
  • İran aviaşirkətlərinə bilet alanların nəzərinə...
  • Qazaxda 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Can verənlər, can qurtaranlar - Şəhidlər unudulmur!” başlıqlı tədbir keçirilib
  • Bu qurumlar sabahdan distant iş rejiminə keçir
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • XİN-dən Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkisi" ilə bağlı bəyanat
  • Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
  • Azərbaycanın futbol klubu ləğv olunur
  • Vətəndaş xaricə getmək istədi, "sürprizlə" qarşılaşdı - 10 il niyə əsgər aparılmayıb? - Video
  • Ağstafada 32 yaşlı kişini ilan sancıb
  • Azərbaycanda mal əti bahalaşdı
  • Qazaxda 27 Sentyabr - Anım Günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib
  • Prezident İlham Əliyev müşavirə keçirdi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

ÇİN AVTOMOBİLLƏRİ: HANSI PROBLEMLƏRİ VAR? - Alıcılar nələrə diqqət etməlidirlər? + QİYMƏTLƏR

  • Tarix: 17-09-2025, 21:09

Son illər Azərbaycanda Çin avtomobillərinə maraq nəzərəçarpacaq dərəcədə artıb. Yerli avtosalonlarda yeni modellərin çeşidi genişlənib, şəhər yollarında isə "Changan", "Geely", "BYD" və "Chery" markalı Çin avtomobilləri tez-tez qarşımıza çıxmağa başlayıb.

Məlumata görə, təkcə ötən il ölkədə 29 456 ədəd Çin mənşəli avtomobil qeydiyyata alınıb. Bu göstərici ümumi avtomobil parkının təxminən 1,86%-ni təşkil edir ki, əvvəlki illərlə müqayisədə ciddi artım deməkdir. Azərbaycan bazarında ən çox seçilən Çin markası “Changan” olub – 8 950 ədəd. Onu BYD (4 083 ədəd), “Chery” (3 095), “Geely” (2 482) və “Haval” (2 655) izləyir. Daha az sayda olsa da, “Great Wall” (885), JAC (258), FAW (1 114), “Dong Feng” (557), “Baic” (1 842) və GAC (549) markaları da ölkə yollarında öz yerini tapıb.

Mütəxəssislər hesab edirlər ki, Çin markalarının sürətlə yayılmasının əsas səbəbləri onların münasib qiymətləri, müasir texnologiyalarla təchiz olunması və hibrid-elektrik modellərinin əlçatanlığıdır. Xüsusilə "BYD" və “Chery” markaları elektromobil bazarında yerli alıcıların marağını daha çox cəlb edir.



Ümumi qiymət tendensiyasına gəlincə, ucuz seqment Çin avtomobilləri (kiçik mühərrikli, sadə texniki avadanlıqlarla) təxminən 18 000–25 000 AZN arasıdır.

Orta seqment modellər — orta güclü mühərriklər, daha yaxşı komfort və bəzi texnologiyalarla — təxminən 25 000–35 000 AZN arası qiymətlərlə təqdim olunur.

Yüksək texnologiyalı, zəngin komfort paketi ilə təchiz olunan və ya plug-in, hibrid, elektrik əlavələri olan modellərin qiyməti isə daha da yüksəkdir (məsələn, 35 000 AZN-dən yuxarı).

Qiymətlər təqribən aşağıdakı kimidir:

ModelİlQiymət (AZN)
Changan Uni-Z202525 990 AZN
Komplektasiya fərqli versiyası202534 400 AZN
BYD Destroyer 05202522 550 AZN
Başqa elan versiyasında202518 020–22 965 AZN
Changan CS 55 Plus202529 500–30 500 AZN
Changan Qiyuan Q07202539 900 AZN
Changan Qiyuan Q05202523 120 AZN
Geely Galaxy Starship 7202529 240 AZN

Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, ucuz qiymət və zəngin opsiyalara baxmayaraq, Çin avtomobillərinin bir sıra mənfi cəhətləri də var. İlk növbədə, korroziya problemləri, ehtiyat hissələrinin əlçatanlığı, asqı və kardan hissələri kimi komponentlərin tez sıradan çıxması, xüsusən də uzun məsafələrdə və çətin yol şəraitində sürücülərin qarşılaşdığı əsas problemlərdəndir.




Qısası, Çin avtomobilləri Azərbaycan bazarında əlçatan qiymət və müasir texnologiyaları ilə diqqət çəksə də, uzunmüddətli etibarlılıq baxımından hələ də suallar doğurur. Alıcılar üçün əsas sual isə budur: bu modelləri sərfəli qiymətinə görə almağa dəyərmi?

Nəqliyyat məsələləri üzrə ekspert Raqif Raufoğlu "AzPolitika"-ya şərhində bildirib ki, hazırda yerli bazarda həqiqətən də kifayət qədər çox Çin avtomobili var: "Son vaxtlar bazarda Çin maşınları ilə bağlı bir qədər durğunluq hiss olunur. Alıcılar artıq ABŞ və Koreya avtomobilləri ilə də maraqlanırlar. Əvvəllər isə bu avtomobillərə yönələnlər demək olar ki, yox idi, hamı Çin maşınına üstünlük verirdi. Biz də elə gözləyirdik ki, müəyyən vaxt keçsin, görək bu maşınlar necə performans göstərirlər".

Ekspertin sözlərinə görə, bütün Çin markaları haqqında mənfi rəy bildirmək doğru olmaz: "Bu gün ölkəmizdə 60-a yaxın Çin markası var, bəlkə də daha çox. Onların sayı yavaş-yavaş azalacaq və nəticədə bazarda yalnız 5 əsas marka qalacaq. Çünki hazırda kifayət qədər çox Çin markası mövcuddur. Bizdə bəzən alıcılar rus forumlarına baxırlar. Orada bir avtomobil 3–5 il sürülür, problem çıxırsa, həmin təcrübəyə əsaslanaraq qərara gəlirlər ki, filan maşın keyfiyyətsizdir. Məsələn, bəzi "Changan" modellərində sürət qutusunda problemlər yaranır və bunun xərci də az deyil. Sürücülər artıq bunları gördükcə, məsələyə daha fərqli yanaşırlar. Amma ümumilikdə demək ki, bütün Çin maşınları pisdir – bu da düzgün olmaz. Sadəcə, alıcılar seçim edərkən daha diqqətli olmalıdırlar".

Ekspert əlavə edib ki, problemlər həm də "boz bazar"dan qaynaqlanır: "Bizdə bazarın 80 faizi qeyri-rəsmi idxal bazarıdır. İnsanların özü bu avtomobilləri gətirir. Rəsmi distribyutordan alınmayan maşınlarda problem yarandıqda sürücü nə edəcəyini bilmir, məcbur olur usta axtarmağa, ehtiyat hissəsi tapa bilmir. Rəsmi distribyutordan alınsa belə, bu cür problemlər yenə yaşana bilər. Digər tərəfdən, servis xərcləri digər avtomobillərlə müqayisədə baha olur. İnsanlar düşünür ki, maşını ucuz alıb, amma sonradan bu xərcləri nəzərə almır. Məsələn, 25–30 minə aldığı maşının mayesini dəyişmək üçün 500–700 manat xərcləmək istəmir. Amma 70–80 minlik avtomobil alan sürücülər üçün bu xərclər normal görünür".



Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə bildirib ki, hər bir avtomobilin öz alıcısı var: "Kimisi Avropa istehsalı, kimisi Çin, kimisi isə Yapon istehsalı avtomobil alır. Hər kəs seçim edərkən öz zövqünə, büdcəsinə və istismar vərdişlərinə əsaslanır. Ölkəmizə müxtəlif ölkələrdən maşınlar idxal olunur, həmçinin Çindən də gətirilir. Hibrid avtomobillər də mövcuddur".

Ekspert qeyd edib ki, avtomobil rəsmi diler və distribyutordan alınıbsa və istehsalçı zəmanəti varsa, ciddi problem yaranma ehtimalı azdır: "Əgər problem çıxsa belə, istehsalçının hesabına nasazlıqlar aradan qaldırılır. Ümumiyyətlə, yeni avtomobil alarkən istehsalçı zəmanətinə, avtomobilin hansı ölkə üçün istehsal olunduğuna, hansı təhlükəsizlik standartlarına cavab verdiyinə, hansı yanacaqla çalışdığına və zəmanət müddətinə diqqət etmək lazımdır. Bu gün istehsalçılar avtomobillərə ən azı 5 il zəmanət verirlər".

E. Bəyməmmədli


Oxunub: 784
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 22:49 | İcra başçısı bu gün mətbəxində yanğın hadisəsi baş vermiş Qazax Rayon Psixiatriya Xəstəxanasında xəstələr üçün yaradılmış şəraitlə yerində tanış olub
    Bu gün, 22:37 | Ağstafanın bəzi yaşayış məntəqələrində qaz təchizatı dayandırılacaq
    Bu gün, 22:25 | Bu ərazilərdə işıq olmayacaq
    Bu gün, 22:23 | Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazandı
    Bu gün, 21:56 | "Fənərbağça"nın futbolçusu klubdan ayrılmaq istəyir - Foto
    Bu gün, 21:48 | Bu universitet üçün 1000 yerlik yataqxana kompleksi tikiləcək
    Bu gün, 21:45 | İlham Əliyev: Ağdərə rayonunda artıq işlərə başlanılmışdır - VİDEO
    Bu gün, 21:43 | Bakıdakı ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
    Bu gün, 21:41 | İran aviaşirkətlərinə bilet alanların nəzərinə...
    Bu gün, 21:20 | Qazaxda 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Can verənlər, can qurtaranlar - Şəhidlər unudulmur!” başlıqlı tədbir keçirilib
    Bu gün, 19:06 | Bu qurumlar sabahdan distant iş rejiminə keçir
    Bu gün, 19:04 | Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Bu gün, 18:56 | XİN-dən Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkisi" ilə bağlı bəyanat
    Bu gün, 18:31 | Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
    Bu gün, 18:27 | Azərbaycanın futbol klubu ləğv olunur
    Bu gün, 18:25 | Vətəndaş xaricə getmək istədi, "sürprizlə" qarşılaşdı - 10 il niyə əsgər aparılmayıb? - Video
    Bu gün, 17:02 | Ağstafada 32 yaşlı kişini ilan sancıb
    Bu gün, 15:14 | Azərbaycanda mal əti bahalaşdı
    Bu gün, 14:47 | Qazaxda 27 Sentyabr - Anım Günü ərəfəsində Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib
    Bu gün, 13:59 | Prezident İlham Əliyev müşavirə keçirdi
    Bu gün, 13:11 | Dubay Əmirinin qardaşı öldü - 10 günlük matəm elan edildi
    Bu gün, 13:09 | Əlilliyi olan 100 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edildi
    Bu gün, 13:07 | Prokurorluq məşhur klinika ilə bağlı araşdırma apardı
    Bu gün, 13:01 | Qazaxın icra başçısı yanğın baş verən Psixiatriya Xəstəxanasında olub - FOTOLAR
    Bu gün, 09:29 | 2-ci liqada 4-cü tura yekun vuruldu
    Bu gün, 07:58 | Sevinc Orucova kimə və nəyə belə arxayındır ki... - HƏQİQƏTƏN DƏ...
    Bu gün, 07:53 | Sızanaqlara qarşı istifadə edilən beş riskli üsul - Dərinizə zərər verə bilər
    Bu gün, 07:51 | Populyar ədviyyatın yaddaşı qorumaq üçün faydalı olduğu müəyyən edilib
    Bu gün, 07:38 | Bu ailələr üçün həsrət bitdi: İşğaldan azad edilmiş ərazilərə növbəti köç karvanı yola salındı - Video
    Bu gün, 07:36 | Azərbaycanda bəzi şəxslər 20 il daha tez pensiyaya çıxa bilərlər - Qanun nə deyir? - Video
    Bu gün, 07:34 | Bakının bu ərazisində 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
    Bu gün, 07:31 | Bal orqanizmə necə zərərli ola bilər?
    Dünən, 20:34 | Ermənilərin Xudavəngdən apardığı freska və xaçdaşlar barədə məlumatlar İnterpolun bazasına daxil edilib
    Dünən, 20:10 | Qazaxda icra başçısı bu gün qəhrəman Vətən oğullarını məzarları başında ehtiramla anıb
    Dünən, 17:53 | Qaziyə əlillik təyin edilməyib? - Rəsmi açıqlama
    Dünən, 16:50 | Şəhid Samir Sadıqovun şəhidliyinin 3-cü ildönümü qeyd olunub
    Dünən, 16:25 | Azərbaycanda bu institut ləğv edilir
    Dünən, 16:23 | Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi
    Dünən, 14:28 | Bakıdakı cüdo üzrə dünya çempionatında 16 hakim fəaliyyət göstərəcək
    Dünən, 14:27 | Hüquq mərkəzinin rəhbərinə ölkədən çıxış qadağası qoyuldu
    Dünən, 13:52 | Özbəkistan hərbçiləri Azərbaycana gəlib - VİDEO
    Dünən, 13:46 | Ev şəraitində hazırlanan qida məshullarının satışının tənzimlənməsi ilə bağlı proqram müzakirələrə səbəb oldu - AÇIQLAMA
    Dünən, 13:38 | Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTO
    Dünən, 13:35 | Tacir Şahmalıoğlu əməliyyat olundu
    Dünən, 13:29 | Sabah hava necə oalcaq?
    Dünən, 13:27 | 2 nəfəri bıçaqlayan 17 yaşlı oğlan saxlanıldı
    Dünən, 11:23 | Bu marşrut avtobusları "Şamaxinka"da dayanmayacaq - Siyahı
    Dünən, 10:17 | Ramiz Mehdiyev bu gün hakim qarşısına çıxarılır - Video
    Dünən, 10:04 | Milli Məclisin komitə iclası keçirilir
    Dünən, 07:57 | “Amed” “Beşiktaş”ı məğlub edərək liderliyə yüksəlib
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.