Bu ərazilərdə 4 gün işıq olmayacaq - DİQQƏT
15-19 sentyabrda Babək rayonunun Cəhri qəsəbəsi və Gülşənabad kəndində elektrik enerjisinin verilişində gün ərzində fasilələr olacaq. Mediaxeberleri.Az xəbər verir ki, bu müddət ərzində 35/10 kV-luq Cəhri yarımstansiyasından qidalanan 10 kV-luq Cəhri-1, Cəhri-2 və Cəhri-3 hava xətlərində payız-qış mövsümünə hazırlıq tədbirləri həyata keçiriləcək. Plan üzrə xətlərə toxunan ağacların kəsilməsi, boş sallanmış naqillərin çəkilərək bərkidilməsi, KTM-lərin (komplekt transformator məntəqələri) təmiri və ətrafının təmizlənməsi işləri görüləcək. Bununla əlaqədar olaraq, Cəhri qəsəbəsi və Gülşənabad kəndində elektrik enerjisinin verilişi arabir dayandırılacaq.
Oxunub: 81
Xəbəri paylaş
Paylaş: