Qazax Dövlət Sosial Iqtisadi kollecində 2025-2026-cı tədris ili: "Yeniliklər və hədəflər" mövzusunda tədbir keçirilib
Mediaxeberleri.Az-ın məlumatına görə, Qazax Dövlət Sosial Iqtisadi kolleci PHŞ-nin Tədris işləri üzrə direкtor müavini Vüqar Əyyubovun rəhbərliyi ilə yeni 2025-2026 - cı tədris ilinin başlanması ilə əlaqədar şöbə müdirləri və fənn birləșmə kommisiyasının sədrləri ilə görüş keçirilib. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə ilk olaraq çıxış edən tədris işləri üzrə direкtor müavini Vüqar Əyyubov ötən tədris ilində əldə olunan nailiyyətlər, aparılan təhsil islahatları, mövcud problemlər və onların həlli istiqamətində atılan addımlardan söz açıb, perspektivdə nəzərdə tutulan məsələlər, yeni tədris ilinin əsas hədəflərindən bəhs edib. İclasın sonunda Vüqar Əyyubov yeni tədris ilinin başlaması münasibətilə müəllim heyətini təbrik edib, uğurlar arzulayıb. Sentyabrın 12-də Qazax Dövlət Sosial Iqtisadi kollecində "2025-2026-cı tədris ili: "Yeniliklər və hədəflər" mövzusuna həsr olunmuş tədbir keçirilib.