Mediaxeberleri.az
    
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Son xəbərlər :
  • “Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
  • Pakistan ŞƏT Banklararası Birliyinə sədrlik edəcək - Foto
  • Azərbaycanda 313 sürücü və daşıyıcı imtahan verəcək
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • Azərbaycanlı hakim "Vilyareal" - PSJ matçını idarə edəcək
  • Azərbaycan-Ermənistan sərhədinin bu hissəsində təcili demarkasiya prosesi başlaya bilər
  • Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı - ANBAAN VİDEO
  • Su idarəsinin əməkdaşı iş otağında qəfil öldü
  • Qonşumuz Ukraynanın səhvini etmədi - Rusiya Qərbin "ikinci cəbhə" planı haqda
  • “Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
  • “Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqlandı
  • Ermənistan əsgərinin ölümü: Orduda həbslər başladı - Foto
  • Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama
  • İrandan Azərbaycana uçan PUA-lar zərərsizləşdirildi - Foto
  • ADA Məktəbində “Məhsul bayramı” keçirildi
  • Rövşən Nəcəf onlara yüksək vəzifə verdi - Foto
  • Azərbaycanda bu sürücülər də imtahan verəcək
  • Qaytarıla bilməyən kreditlərin aqibəti necə olacaq?
  • Sabah 23 dərəcə isti olacaq
  • Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

PENSİYA YAŞI ARTIR, ÖLƏNLƏRİN KAPİTALI "BATIR"... - Deputatın təklifinə ekspertlər nə deyir?

  • Tarix: 11-09-2025, 22:31

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin ötən gün keçirilən iclasında deputat Əziz Ələkbərli maraqlı bir təkliflə çıxış edib. O, vəfat edən şəxsin sığorta məbləğinin ailəyə verilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunmasını təklif edib. 

Deputat bildirib ki, əgər ölən insanın həyat yoldaşının pensiya yaşına çox varsa, o, məcburən gözləməlidir ki, 10 ildən sonra ərinin pensiyasını ala bilsin. Ancaq məlum deyil ki, 10 il sonra həmin şəxsin buna ömrü çatacaq, ya yox. Deputat təklif edib ki, vəfat etmiş şəxsin hesabına yığılmış sığorta məbləğinin heç olmasa 30%-i dərhal ailəsinə verilsin, yerdə qalan məbləğ isə şəxs ənənəvi olaraq pensiya yaşına çatanda ailə tərəfindən istifadə olunsun.

Məlumat üçün qeyd edək ki, son illər sosial siyasət çərçivəsində tətbiq edilən yeni qaydalar və pensiya təyinatı mexanizmlərinin sərtləşdirilməsi bir çox şəxsin pensiya sistemindən kənarda qalmasına səbəb olub. Xüsusən də pensiya yaşının mərhələli şəkildə artırılması bir çox insanın daha gec pensiyaya çıxması ilə nəticələnib. İyulun 1-dən etibarən Azərbaycanda qadınların pensiya yaşı 64 il 6 ay, kişilərin pensiya yaşı isə 65 yaş olaraq müəyyən edilib. Şəxs bu dövrə qədər minimum pensiya kapitalını toplamalıdır ki, yaşa görə müavinət ala bilsin.

Azərbaycanda minimum pensiya kapitalının məbləği minimum pensiya məbləğinin 144 qatı ilə müəyyən edilir. Hazırda minimum pensiya məbləği 320 manata çatdırıldığı üçün, yaşa görə pensiyaya çıxmaq üçün tələb olunan minimum pensiya kapitalı 46 080 manatdır. Əgər qanunvericiliyin müəyyən etdiyi pensiya kapitalı lazımi miqdarda yığılmırsa, vətəndaşa yaşa görə aylıq 220 manat müavinət verilir.




Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika”-ya şərhində bildirib ki, deputatlar daha real və vətəndaşlar üçün xeyirli təkliflə çıxış edə bilər.

"Əgər deputatın bu məsələdə ürəyi yanırsa, biz ona daha ağıllı bir təklif verə bilərik. Vaxtilə Azərbaycanda pensiya haqqında qanunvericiliyi məhz 2017-ci ildə həmin deputatlar təsdiq edib. Məhz bu deputat olmasa da, onun sələfləri olub. Bundan sonra kişilərin pensiya yaşı 63-dən 65-ə, qadınların isə 60-dan 65-ə artırılıb. Həmin dövrə qədər isə kişilər üçün pensiya yaşı 63, qadınlar üçün 60 idi. Bunlar kişilərin pensiya yaşını 63-dən 60-a endirib qadınlarla eyni etmək əvəzinə, artırıb 65-ə çatdırıblar. Nəticədə də indi insanların bir çoxu pensiya yaşına çatmadan vəfat edirlər. Pensiya yaşını absurd şəkildə artıraraq Avropa ilə eyniləşdiriblər. Halbuki Avropada pensiyaya çıxan vətəndaşlar orta hesabla 17–18 il pensiya alır, ömür uzunluğu orada 80 yaşdan yuxarıdır”, – deyə X. Kərimli qeyd edib.

Ekspert qeyd edir ki, bu cür populist təkliflər əvəzinə  pensiya yaşını azaltmaq və ya az müddət yaşayıb pensiya alan şəxslər üçün aylıq ödənişi artırmaq üçün hesablama qaydasını dəyişmək daha məqsədəuyğundur: "Hazırkı hesablamada pensiya kapitalı 144-ə bölünür – yəni 12 il vurulsun 12 ay. Kişilər orta hesabla 74 il yaşayır və bu halda pensiyanı heç 9–10 ildə ala bilmirlər. Bu səbəbdən pensiya məbləğinin hesablanmasına düzəlişlər edilməlidir. Ən azı, 9–10 il pensiya alan şəxslərin aylıq ödənişi yüksək olmalıdır. Bunun üçün də pensiya kapitalını 144-ə deyil, 100-ə və ya 80-ə bölməklə pensiya məbləğini artırmaq mümkündür”.

Vəfat etmiş şəxslərin pensiya kapitalından hansı halda istifadə etmək mümkündür?

Vəfat etmiş şəxslərin pensiya kapitalından istifadəyə isə müəyyən hallarda icazə verilir. Pensiya kapitalından istifadə edə biləcək şəxslər aşağıdakı kriteriyalara cavab verməlidirlər:

-18 yaşına çatmamış övladlar;

-18 yaşına çatana qədər əlilliyi müəyyən olunmuş şəxslər və ya 18 yaşından yuxarı əlilliyi olan şəxslər;

-Təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına qədər;

- Ata, ana, ər və ya arvad pensiya yaşına çatmışdırsa və ya orqanizmin funksiyalarının 61–80% və ya 81–100% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə;

- Yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri, ər/arvad, baba, nənə, qardaş, bacı vəfat etmiş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxır və işləmirsə.

Göründüyü kimi, kriteriyalar konkret olaraq müəyyən edilib. Əgər vəfat etmiş şəxsin bu kriteriyalara uyğun gələn övladı və ya digər yaxınları yoxdursa, onun pensiya kapitalından istifadə etmək mümkün olmur.



Vəfat edən şəxslərin 39,2%-i pensiya yaşına çata bilmir

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycanda 58 909 vətəndaş vəfat edib. Onlardan 32 436 nəfəri kişi, 26 473 nəfəri isə qadın olub.

Həyatını itirən kişilərin 15 281 nəfəri 65 yaşına çatmayıb. Yəni, ötən il ölən kişilərin təxminən 47%-i pensiya yaşını görə bilməyib. Həmin il vəfat edən 26 473 qadının isə 7 811 nəfəri pensiya yaşına çatmadan vəfat edib. Faizlə desək, qadınların təxminən 29,5%-i pensiya yaşına çatmadan dünyasını dəyişib.

Ümumən götürsək, 2024-cü ildə vəfat edən 58 909 vətəndaşın 23 092 nəfəri pensiya yaşına çatmadan vəfat edib. Bu da vəfat edən şəxslərin təxminən 39,2%-i deməkdir.

15 ildə pensiya alanların sayı 146 min nəfər azalıb

Digər tərəfdən, son illərin statistik məlumatları göstərir ki, Azərbaycanda yaşa görə pensiya alanların sayında da kəskin azalma var. Bu tendensiya 2010-cu ildən bəri özünü davamlı şəkildə göstərir. Belə ki, əgər 2010-cu ildə bu göstərici 858 min nəfərdən çox idisə, hazırda 712 min nəfər civarındadır. Təxminən 15 il ərzində 146 min nəfərlik və ya 17 faizlik azalma baş verib.

İllər üzrə həmin azalmanı təqdim edirik:

* 2010 — 858 659 nəfər;

* 2011 — 831 122 nəfər;

* 2012 — 812 771 nəfər;

* 2013 — 800 547 nəfər;

* 2014 — 791 263 nəfər;

* 2015 — 785 068 nəfər;

* 2016 — 781 238 nəfər;

* 2017 — 781 957 nəfər;

* 2018 — 778 057 nəfər;

* 2019 — 756 136 nəfər;

* 2020 — 742 034 nəfər;

* 2021 — 716 222 nəfər;

* 2022 — 707 001 nəfər;

* 2023 — 696 266 nəfər;

* 2024 — 706,2 min nəfər;

* 2025 — 712,7 min nəfər.

Elvin Bəyməmmədli

“AzPolitika.info”


Oxunub: 498
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:47 | “Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
    Bu gün, 14:44 | Pakistan ŞƏT Banklararası Birliyinə sədrlik edəcək - Foto
    Bu gün, 14:34 | Azərbaycanda 313 sürücü və daşıyıcı imtahan verəcək
    Bu gün, 14:27 | Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Bu gün, 14:26 | Azərbaycanlı hakim "Vilyareal" - PSJ matçını idarə edəcək
    Bu gün, 14:22 | Azərbaycan-Ermənistan sərhədinin bu hissəsində təcili demarkasiya prosesi başlaya bilər
    Bu gün, 14:19 | Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı - ANBAAN VİDEO
    Bu gün, 14:14 | Su idarəsinin əməkdaşı iş otağında qəfil öldü
    Bu gün, 14:12 | Qonşumuz Ukraynanın səhvini etmədi - Rusiya Qərbin "ikinci cəbhə" planı haqda
    Bu gün, 14:06 | “Ramiz Mehdiyev və Əli Həsənovun xalqdan oğurladıqları geri qaytarılacaqmı?”
    Bu gün, 14:03 | “Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqlandı
    Bu gün, 14:00 | Ermənistan əsgərinin ölümü: Orduda həbslər başladı - Foto
    Bu gün, 13:56 | Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama
    Bu gün, 13:50 | İrandan Azərbaycana uçan PUA-lar zərərsizləşdirildi - Foto
    Bu gün, 13:35 | ADA Məktəbində “Məhsul bayramı” keçirildi
    Bu gün, 13:33 | Rövşən Nəcəf onlara yüksək vəzifə verdi - Foto
    Bu gün, 13:32 | Azərbaycanda bu sürücülər də imtahan verəcək
    Bu gün, 13:09 | Qaytarıla bilməyən kreditlərin aqibəti necə olacaq?
    Bu gün, 13:07 | Sabah 23 dərəcə isti olacaq
    Bu gün, 12:59 | Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...
    Bu gün, 12:32 | Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı?
    Bu gün, 12:22 | Ağstafada iki məktəbli qızı avtomobil vurdu - Təfərrüat
    Bu gün, 12:17 | Misli Premyer Liqasında X tura "Sumqayıt" - "Şəfa" oyunu ilə yekun vurulur
    Bu gün, 12:13 | Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Bu gün, 11:58 | Bakıda evlər sökülür - Kompensasiya məbləği açıqlandı
    Bu gün, 11:53 | "Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi" - Ağdamdan ev istəyən Aqil Abbas
    Bu gün, 11:50 | "Bunlar ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiyadır" - Media və Yayım Şurası
    Bu gün, 11:38 | Kimin evində varsa, bəxti gətirdi
    Bu gün, 11:35 | İsmayıllıda oğul söyüş söyən atasını öldürdü - Təfərrüat
    Bu gün, 11:32 | Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən Belarus vətəndaşı barədə qərar verildi
    Bu gün, 11:27 | Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərindən xəbər var
    Bu gün, 10:47 | ADY qatarlarının birinci sinif salonu gündəlik reyslərdə niyə əlçatan deyil?
    Bu gün, 10:40 | "Brent" nefti ucuzlaşdı
    Bu gün, 10:36 | Noyabrda 11 gün iş olmayacaq - Tarixlər
    Bu gün, 10:31 | Bakı-Qazax magistral yolunda ağır qəza: Bir ailənin 5 üzvü xəsarət alıb
    Bu gün, 10:27 | İRANLA SƏRHƏDDƏ ATIŞMA - Bir nəfər zərərsizləşdirilib + FOTOLAR
    Bu gün, 09:06 | Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept
    Bu gün, 09:04 | “Dünya” qəzetinin sahibi barəsində QƏRAR
    Bu gün, 09:01 | Canlı yayımda uşaqların saçını kəsib satırlar: Qanun buna nə deyir? - Foto
    Bu gün, 08:57 | Azərbaycanda bələdiyyə binasında müəmmalı ölüm: Mühasibin meyiti aşkarlandı - Təfərrüat
    Bu gün, 08:53 | Üç gündə Rusiyaya dəyən zərər: 33 milyon ton neft...
    Bu gün, 08:51 | Nikahların sayı azalır, boşanmaların sayı artır: Səbəb nədir? - Video
    Bu gün, 07:54 | Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...
    Dünən, 22:01 | KORRUPSİYAYA GÖRƏ HƏBS OLUNAN İCRA BAŞÇILARI - Kim nə qədər cəza alıb? + SİYAHI
    Dünən, 21:51 | Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
    Dünən, 21:45 | Goranboyda avtomobil piyadanı vuraraq öldürdü
    Dünən, 20:31 | TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
    Dünən, 18:18 | 2-ci Liqa: "Ağstafa Gəncləri" “Şəki”ni darmadağın etdi - Video
    Dünən, 18:01 | Zərdüşt Əlizadənin bacısı vəfat etdi
    Dünən, 17:56 | “Neftçi” liderliyə yüksəldi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.