Prezident sərəncam imzaladı
İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, 2026-cı il iyunun 16-19-da IsDB Qrupunun gələn il üzrə İllik Toplantılarının Bakıda keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb: Təşkilat Komitəsinin sədri Samir Şərifov - Baş nazirin müavini Təşkilat Komitəsi sədrinin müavini Mikayıl Cabbarov - iqtisadiyyat naziri Təşkilat Komitəsinin üzvləri: Ceyhun Bayramov - xarici işlər naziri Sahil Babayev - maliyyə naziri Adil Kərimli - mədəniyyət naziri Kəmaləddin Heydərov - fövqəladə hallar naziri Vilayət Eyvazov - daxili işlər naziri Rəşad Nəbiyev - rəqəmsal inkişaf və nəqliyyat naziri Teymur Musayev - səhiyyə naziri Şahin Bağırov - Dövlət Gömrük Komitəsinin sədri Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi Vüsal Hüseynov - Dövlət Miqrasiya Xidmətinin rəisi Fuad Nağıyev - Dövlət Turizm Agentliyinin sədri Taleh Kazımov - Mərkəzi Bankın sədri Samir Rzayev - "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Eldar Əzizov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Nazirlər Kabineti İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi ilə əlaqədar xərclərin maliyyələşdirilməsi üçün 2026-cı ilin dövlət büdcəsi layihəsində müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin və digər zəruri məsələlərin həlli üçün tədbirlər görəcək.