Rayonlarda leysan yağır, şimşək çaxır
Bəzi dağlıq və dağətəyi rayonlarda - Kəlbəcər, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Quba, Qusar, Xaçmaz, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəydə qısamüddətli leysan xarakterli yağış yağır, şimşək çaxır. Bu barədə Mediaxeberleri.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 5-i saat 19:00-a olan məlumata əsasən, həmçinin yağan leysan xarakterli yağışlar nəticəsində saat 17:00 radələrindən Gəncəçayın Daşkəsən rayonunun Alaxançallı və Qaraqollar kəndi ərazisindən keçən hissəsindən güclü sel keçir.
Oxunub: 76
Xəbəri paylaş
Paylaş: