Küləkli hava bu vaxta qədər davam edəcək
Azərbaycanda bu gün saat 17:00-a müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Mediaxeberleri.Az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində külək əsir. Bildirilib ki, bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Goranboyda 19, Tərtərdə 16, Tovuzda 15 m/s-dək güclənir. Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin avqustun 22-si gündüzədək davam edəcəyi gözlənilir.
Oxunub: 148
Xəbəri paylaş
Paylaş: