Şəmkirdə açıq ərazidə yanğın başlayıb
Şəmkirdə yanğın hadisəsi baş verib. Mediaxeberleri.Az-ın məlumatına görə, Kür çayının sahilində, Bayramlı kəndi ərazisində açıq sahədə kol-kos yanır. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Oxunub: 220
Xəbəri paylaş
Paylaş: