Ağstafada abadlıq-quruculuq tədbirlərinin icrası diqqətdə saxlanılır
Görülən uğurlu işlərin nəticəsidir ki, rayon gündən-günə inkişaf edir, abadlaşır, sakinlərin həyat şəraiti yaxşılaşır Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu Azərbaycanı nəinki regionun liderinə, eyni zamanda, dünyanın ən yüksək sürətlə inkişaf edən dövlətinə çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycanın bütün guşələrində böyük tərəqqi hiss edilməkdədir. Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları Azərbaycanın inkişafına böyük təkan verib. Dünyada baş verən maliyyə və iqtisadi böhranlara baxmayaraq, Azərbaycan yüksək makroiqtisadi göstəricilərini qorumaqdadır. Bu inkişaf özünü rayonlarımızın həyatında baş verən müsbət dəyişikliklərdə də göstərir. Son dövrlərdə böyük inkişaf yolu keçən rayonlarımızdan biri də Ağstafa rayonudur. Mediaxeberleri.Az xəbər verir ki, bu istiqamətdə davam etdirilən işlər çərçivəsində Ağstafa şəhərinin mərkəzi küçələrində bardurlar rənglənib, dekorativ yaşıllıq ərazilərinə xüsusi qulluq göstərilib, H.Arif küçəsinin avtomobil yolunda zəruri təmir işləri həyata keçirilib, müvafiq texnikalar cəlb olunaraq şəhər ərazisində yerləşən çoxmənzilli yaşayış binalarının novları təmizlənir. Ağstafa şəhəri Heydər Əliyev prospekti və H.Arif küçəsinin kəsişməsində inşa olunmuş şəhidlərin xatirə kompleksinin ətrafında aparılan abadlıq-quruculuq işləri də tamamlanmaq üzrədir. Ağstafa RİH-in təşəbbüsü ilə rayonda abadlıq-quruculuq tədbirlərinin icrası diqqətdə saxlanılır.Ağstafa rayonu inkişafın keyfiyyətcə yeni mərhələsində