Cənnətdəki doğum günün mübarək, nur üzlü Şəhidimiz!
Şəhidlik - insanın Vətənə olan sevgisinin həyat-ölüm astanasında qeyd-şərtsiz şəhadət tapdığı ali məqamdır. Şəhidlər Vətən savaşından məğrurluqla çıxıb, bir anın içində milyonların əzizinə, Vətən oğluna çevrilib ölümü ilə də bu torpağı şərəfləndirənlərdir. Vətən, şəhidlərin mübarək çiyinlərində sabahlayır. Buna görə də onlar and yerimiz, qürur mənbəyimizdir! Ürəyi Vətən eşqi ilə döyünən igidlərdən biri də Təbriz İlqar oğlu Quliyev idi. Bu gün onun doğum günüdür! Cənnətdəki doğum günün mübarək, nur üzlü Şəhidimiz!