Ağstafa rayonunda növbəti genişmiqyaslı təmizlik işləri - FOTOLAR
Ağstafa rayonunda növbəti genişmiqyaslı təmizlik işləri aparılıb. İməcilikdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri iştirak ediblər. Rayon icra hakimiyyətindən Mediaxeberleri.Az-a bildiriblər ki, iməcilik zamanı Ağstafa şəhərinin prospekt və küçələrindəki dekorativ yaşıllıq sahələrinə xüsusi qulluq göstərilib. Bundan əlavə, Bakı-Qazax avtomobil yolu və dəmiryol xəttinin rayon ərazisindən keçən hissələri boyunca səliqə-sahman işləri həyata keçirilib, qəsəbə və kəndlərdə kəndarası yollar, suvarma arxları məişət tullantılarından təmizlənib.
Oxunub: 177
Xəbəri paylaş
Paylaş: