Seymur Orucov milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib
Mediaxeberleri.Az xəbər verir ki, tədbirdə müxtəlif media orqanlarını təmsil edən 14 jurnalist iştirak edib. Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Seymur Orucov jurnalistləri peşə bayramı münasibətilə təbrik edərək cəmiyyətin məlumatlandırılmasında onların rolunu yüksək qiymətləndirib. O, qeyd edib ki, Azərbaycanda Milli Mətbuat Günü 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin buraxıldığı gündə qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Mətbuat Şurası yaradılıb və mətbuat haqqında müvafiq qanunlar qəbul olunub. Seymur Orucov daha sonra vurğulayb, "Milli mətbuatın 150 illiyi təkcə medianın deyil, bütövlükdə cəmiyyətin bayramıdır. Bu illər ərzində jurnalistlər daim informasiya körpüsü rolunu oynayıb, ictimaiyyətin etibar etdiyi söz daşıyıcıları olublar". Ulu öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib, media işçilərinə dövlət qayğısının təməli qoyulub. Bu qayğı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir, media işçilərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər görülür. Sonda bir sıra mətbuat işçiləri Ağstafa Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub. Qeyd edək ki, Ağstafa Rayon İcra Hakimiyyəti media ilə şəffaf və dayanıqlı münasibətləri əsas tutaraq, uzun illərdir, jurnalistlər üçün əlçatan və operativ məlumat mübadiləsini təşviq edir. Bu tədbir Ağstafa Rayon İcra Hakimiyyətinin informasiya sahəsində medianın roluna verdiyi önəmi və bu istiqamətdə davamlı dəstəyini bir daha nümayiş etdirdi. Ağstafada Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə media nümayəndələri üçün xüsusi tədbir təşkil edilib.