Pomidor biznesi qurmaq adı ilə 91,5 minlik dələduzluq etdi - QƏRAR
Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Bəxtiyar Əsədovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib. İttihama görə, Bəxtiyar Əsədov özünü tanışları olan zərərçəkmişlərə pomidor məhsulunu alıb satmaqla qazanc əldə edəcəyi vədi verərək onlardan ümumilikdə 91 510 manat pulu dələduzluq yolu ilə alıb. Sonradan o, verdiyi vədlərə əməl etməyib. Bundan başqa, Bəxtiyar Əsədov 2 zərərçəkmişi Bakı şəhərində “Aptek depo” şirkətinə işə düzəlməsində köməklik edə biləcəyi barədə yalan vəd verib. O, bu yolla həmin şəxslərdən ümumilikdə 3 400 manat pul alaraq dələduzluq edib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 8 ay 28 (gün müddətə azadlıqdan məhrum edilib.