Azərbaycanda ağır mikroavtobus qəzası - 20 nəfər xəsarət aldı
Ağdam-Füzuli yolunda mikroavtobus aşıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, hadisə bu gün səhər saatlarında yolun 22-ci kilometrliyində baş verib. Belə ki, "Ford" markalı mikroavtobusun aşması nəticəsində 20 nəfər xəsarət alıb. Faktla bağlı araşdırmalar aparılır.
Oxunub: 131
Xəbəri paylaş
Paylaş: