Şəkidə Türkiyə vətəndaşının TIR-ı yandı - Video
Şəkidə Türkiyə vətandaşının idarə etdiyi TIR yanıb. Mediaxeberleri.Az APA-ya istinadən xəbər verirki, günorta saatlarında Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində Azərbaycan vətandaşı Tağı Fəxrəddin oğlu Orucova məxsus, lakin 53 yaşlı Türkyə vətandaşı Canaydin Temel Rizanın idarə etdiyi “Mersedes-Actros” markalı TIR-da yanğın baş verib. Yanğının genişlənərək ətraf əraziyə yayaılmasının qarşısı dərhal alınıb. TIR-n yük hissəsinin yanar konstruksiyaları və yük hissəsində olan porfimeya və kosmetika məhsulları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Faktla bağlı araşdırma aparılır. *** Şəkinin Aşağı Göynük kəndində hərəkətdə olarkən alışan yük avtomobili yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.