Kəlbəcərdə hərbçilər qəzaya düşdülər: Yaralılar var
Kəlbəcərdə hərbçilərin olduğu maşın aşıb. Mediaxeberleri.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb. Beyləqan rayon sakini 1980-ci il təvəllüdlü Xaliq Quliyev UAZ markalı avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü və sərnişinlər - Beyləqan rayon sakini 1988-ci il təvəllüdlü Elmir Həsənov və Gəncə şəhər sakini 2000-ci il təvəllüdlü Vaqif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralıların vəziyyətləri qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 67
Xəbəri paylaş
Paylaş: