Xocalı cəlladı ilə bağlı QƏRAR: Toxunulmazlığı ləğv edildi
Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın deputat toxunulmazlığı ləğv edilib.
Oxunub: 59
Xəbəri paylaş
Paylaş:
Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın deputat toxunulmazlığı ləğv edilib.
Mediaxeberleri.Az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.Bu gün Ermənistan parlamentində keçirilən səsvermədə qərarı 59 deputat dəstəkləyib, əleyhinə səs verən olmayıb. Seyran Ohanyanınla yanaşı, "Hayastan" fraksiyasının katibi Artsvik Minasyanın da deputat toxunulmazlığı ləgv edilib.Qeyd edək ki, Seyran Ohanyan 2000-2007-ci illərdə Qarabağdakı keçmiş qondarma rejimin, 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub. Birinci və İkinci Qarabağ müharibəsində iştirak edən S.Ohanyan Xocalı soyqırımını törədənlərdən biridir. 44 günlük müharibədə isə o, qondarma rejimin “prezident”inin hərbi məsləhətçisi kimi Şuşanın müdafiəsinə rəhbərlik etmişdi.