Sumqayıtda arvadını öldürən şəxs saxlanıldı
Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. Mediaxeberleri.Az Report-a istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü Habil Hüseyn oğlu Bağırovdur. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. Qeyd edək ki, ötən gün axşam saatlarında Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səməd Vurğun küçəsində 1985-ci il təvəllüdlü Aygün Siracəddin qızı Bağırova qətlə yetirilib. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 139
Xəbəri paylaş
Paylaş: