Səlim Babullaoğlu: "Rusiya mediası yalan məlumat yayır" - VİDEO
Yekaterinburqda OMON-çuların azərbaycanlılara hücumu zamanı 2 nəfər qətlə yetirilib, 5 nəfər isə saxlanılıb. Saxlanılan şəxslər xüsusi amansızlıqla döyülərək ağır işgəncələrə məruz qalıblar. Şair və tərcüməçi Səlim Babullaoğlu Yekaterinburqda baş vermiş faciəli hadisə ilə bağlı Baku TV-yə açıqlama verib. O, hadisənin milli-etnik zəmindəki gərginlik və bəzi şəxslərin şəxsi maraqları ilə əlaqəli olduğunu bildirib: "Rusiya mediası yalan məlumat yayır. Bu məsələdə hüquq-mühafizə orqanlarının da iştirak etdiyinə dair ciddi şübhələr var. Biz bu hadisənin açıq şəkildə araşdırılmasını və ədalətin bərpa olunmasını tələb edirik". Ətraflı süjetdə:
Oxunub: 138
Xəbəri paylaş
Paylaş: