Bu, Üçüncü Dünya müharibəsinə gətirib çıxaracaq
Ukraynanın NATO-ya üzv olması Üçüncü Dünya müharibəsinə gətirib çıxaracaq. Mediaxeberleri.Az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban X sosial şəbəkəsində yazıb. "Ukrayna NATO-da? Bu, Rusiya ilə müharibə və artıq ertəsi gün Üçüncü Dünya müharibəsi deməkdir", - siyasətçi bildirib. Ukraynanın Avropa Birliyinə üzvlüyü məsələsinə toxunan Orban qeyd edib ki, bu addım cəbhə xəttini Avropanın ürəyinə daşıyacaq. Onun sözlərinə görə, bu, diplomatiya deyil, dəli hərəkətdir: “Barıt çəlləyinə kibrit atmaq olmaz. Onlara Avropanı döyüş meydanına çevirməyə icazə verməyəcəyik", - baş nazir vurğulayıb. Xatırladaq ki, daha əvvəl Orban bildirmişdi ki, NATO və AB-nin Ukraynanı təşkilata qəbul etməklə bağlı mövqelərində ciddi dəyişiklik baş verib və bu məsələdə hətta Polşa belə fikrini dəyişib.