OMON-çuların öldürdüyü qardaşlar iş adamı olublar
Rusiyada OMON-çular tərəfindən öldürülən Ziyəddin və Hüseyn Səfərovlarla bağlı yeni detallar məlum olub. Mediaxeberleri.Az Oxu.az-a istinadən xəbər verir ki, qardaşlar Yekaterinburqda "Kaspiy" kafesinin sahibi olublar. Onların adı hallanan cinayət işi də bu kafenin qarşısında baş verib. Belə ki, 2001-ci ildə azərbaycanəsilli Yunis Paşayev məhz bu kafenin qarşısında mətbəx bıçağı ilə qətlə yetirilib. Xatırladaq ki, iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində 50 azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Hadisə nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüblər.
Oxunub: 217
Xəbəri paylaş
Paylaş: