Axşam saatlarında 25 Ukrayna PUA-sı vuruldu
Rusiya hava hücumundan müdafiə sistemləri Rusiyanın bölgələri üzərində Ukraynaya məxsus 25 PUA-nı ələ keçirib və ya məhv edib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. "İyunun 27-də Moskva vaxtı ilə saat 20:10-dan saat 23:25-ə qədər növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 25 təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib və ələ keçirib: 12-si Kursk vilayəti, 10-u Krım və 3-ü Oryol vilayəti üzərində vurulub", - deyə məlumatda bildirilib.
Oxunub: 224
Xəbəri paylaş
Paylaş: