Tovuzda 35 nəfərin zəhərlənməsi ilə gündəmə gələn dönər evində jurnalistlərə hücum edildi - Video
Mediaxeberleri.Az xəbər verir ki, hadisənin ictimai maraq doğurması səbəbilə, AZTV-nin Qərb bölgəsi üzrə xüsusi müxbiri Alməmməd Nəbiyev hadisə yerində olub. Lakin çəkiliş qrupuna müəssisəyə daxil olmağa icazə verilməyib. Buna səbəb olaraq isə çəkilişə icazənin olmadığı bildirilib. Çox təəssüflər olsun ki, jurnalist öz peşə borcunu yerinə yetirərkən dönərxananın sahibi və işçiləri tərəfindən hörmətsizliyə və fiziki hücuma məruz edilib. Ətraflı süjetdə:
Tovuz şəhəri, Mirzə Ələkbər Sabir küçəsində yerləşən 022 DÖNƏR PİZZA evində 35 nəfrin
dönərdən zəhərlənmə iddiası gündəmi zəbt edib.
Oxunub: 481
Xəbəri paylaş
Paylaş: