Möhtəşəm Şuşadan VİDEOREPORTAJ
İngilisdilli "AnewZ" saytının bu dəfəki təyinat nöqtəsi Şuşa olub. Mediaxeberleri.Az xəbər verir ki, hazırlanan reportajda dünyanın mədəniyyət paytaxtlarından birinin canlı irsi ilə tanış olmaq imkanı yaradılıb. Xatırladılıb ki, “Azərbaycan musiqisinin beşiyi” və “Qafqazda incəsənət məbədi” kimi tanınan Şuşa haqlı olaraq dünya miqyasında da tanınır. Şuşa Türk Dünyasının (2023) və İslam dünyasının (2024) Mədəniyyət Paytaxtı elan edilib. Xarıbülbül Musiqi Festivalı, Bülbülün Ev Muzeyi, yeni açılmış Üzeyir Hacıbəyli Muzeyi və mədəniyyət simaları - səfir Polad Bülbüloğlu, maestro Fərhad Bədəlbəyli, Yusif Eyvazovla eksklüziv müsahibələr təqdim olunub. Həmin videoreportajı təqdim edirik:
Oxunub: 263
Xəbəri paylaş
Paylaş: