Hacı Əliyevə vəzifə verildi
Yay Olimpiya Oyunlarının gümüş və bürünc medalçısı, üçqat dünya və dördqat Avropa çempionu, güləşçi Hacı Əliyevə vəzifə verilib. Offsideplus.az xəbər verir ki, o, bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəcək. Məlumatı AGF-nin mətbuat xidməti yayıb. H.Əliyev federasiyada sərbəst güləş üzrə koordinator vəzifəsini yerinə yetirəcək. Qeyd edək ki, istedadlı güləşçi peşəkar karyerasını ötən il Paris Olimpiadasından sonra başa vurub.
Oxunub: 351
Xəbəri paylaş
Paylaş: