Mahir Emreli yeni klubu ilə müqavilə imzaladı - Şəkil
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin yeni komandası müəyyənləşib. Mediaxeberleri.Az xəbər verir ki, 27 yaşlı hücumçu karyerasını yenidən Almaniyada davam etdirəcək. O, bu gün 2-ci Bundesıiqa təmsilçisi “Kayzerslautern”lə 3 illik müqavilə imzalayıb. Emreli yeni komandasında 10 nömrəli formanı geyinəcək. Klubun tezliklə bu müqavilə bağlı məlumatı rəsmən açıqlayacağı gözlənilir. "Kayzerslautern" başa çatan son mövsümü 7-ci pillədə tamamlayıb. Xatırladaq ki, M.Emreli 2024/25 mövsümünü 2-ci Bundesliqa təmsilçisi “Nürnberq”də keçirib. O, bu komandada bütün turnirlərdə meydana çıxdığı 25 oyunda 11 qol vurub, 1 qolun ötürməsini edib. Azərbaycanlı futbolçunun "Nürnberq"lə müqaviləsi başa çatdıqdan sonra klubdan ayrılıb.
Oxunub: 447
Xəbəri paylaş
Paylaş: