Trampdan İran əməliyyatı ilə bağlı AÇIQLAMA
ABŞ Prezidenti Donald Tramp ölkəsinin quru qoşunlarının İrana müdaxiləsi ehtimalı barədə danışmaq istəmədiyini bildirib. "Quru qoşunları barədə danışmayacağam. Bu, istifadə etmək istədiyimiz sonuncu qüvvədir", - deyə ABŞ lideri vurğulayıb. Mediaxeberleri.Az TASS-a istinadən xəbər verir ki, Tramp bu fikirləri Nyu-Cersidə jurnalistlərin suallarını cavablandırarkən səsləndirib. D.Tramp etiraf edib ki, şəraitdən asılı olaraq, İsrail və İran arasında atəşkəsə dəstək verə bilər: "Biz İranla danışıqlar aparırıq. Nə olacağını görəcəyik. Onlara vaxt verirəm, maksimum iki həftə", - deyə o əlavə edib.
Oxunub: 65
Xəbəri paylaş
Paylaş: