İranlılar Ermənistan sərhədinə axışdı - Video
Ermənistanın İranla sərhəddə yerləşən Mehri sərhəd-keçid məntəqəsində hazırda intensiv hərəkətlilik müşahidə olunur – İrandan ölkəyə daxil olan insanların sayı artmaqdadır. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə məlumatı Ermənistan mediası yayıb. Qeyd olunub ki, bu vəziyyət nəqliyyat qiymətlərinə də ciddi təsir göstərib. Hazırda Mehridən İrəvana taksi ilə səyahət 220 ABŞ dolları (təxminən 85 min dram) təşkil edir. Halbuki daha əvvəl bu marşrut üzrə qiymət təxminən 75 dollar (yəni 28 min dram) idi. Qiymət artımının sərhəd bölgəsindəki yüklənmə və tələbatın yüksəlməsi ilə əlaqədar olduğu bildirilir.
Oxunub: 61
Xəbəri paylaş
Paylaş: