SEPAH-ın yeni rəisi: "İsrail üçün cəhənnəm qapılarını açacağıq"
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeni rəhbəri general Məhəmməd Pakpur İranın Ali Rəhbərinə müraciətində ölkəyə endirilən zərbələrdən sonra İsrail üçün "cəhənnəm qapılarını" açacağını vəd edib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb. Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail Müdafiə Qüvvələri (SAXAL) İrana qarşı irimiqyaslı əməliyyata başlayıb. İranın ali dini lideri Ayətullah Əli Xamenei ölkə vətəndaşlarına ünvanladığı mesajda İsrailin İrana zərbələr endirməsini cinayət adlandırıb və bildirib ki, İsraili "acı və dəhşətli aqibət" gözləyir.
Oxunub: 165
Xəbəri paylaş
Paylaş: