Ləğv edilmiş reyslərə görə Azərbaycan vətəndaşları İrəvanda, Ermənistan vətəndaşları isə Bakıda aeroportda qalmalı olub
Bəzi Ermənistan vətəndaşları ləğv edilmiş reyslər və İran hava məkanının qapalı olması səbəbindən Bakı hava limanında olublar. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, vəziyyətlə bağlı ardıcıl işlər gedir. Qeyd edilib ki, yaranmış vəziyyətlə əlaqədar bəzi təyyarələr İrəvanın “Zvartnots”, bəziləri isə qonşu ölkələrin hava limanlarına eniş edib. “Məhz bu səbəbdən Ermənistan vətəndaşları Azərbaycanın paytaxtı Bakının, Azərbaycan vətəndaşları isə İrəvanın “Zvartnots” hava limanındadır” - məlumatda deyilir. APA
Oxunub: 156
Xəbəri paylaş
Paylaş: