Mediaxeberleri.az
    
  • Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
    Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
  • 
  • Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
    Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
  • 
  • Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
    Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
  • 
  • Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
    Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
  • 
  • TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
    TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
  • 
  • “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
    “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
  • 
  • Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
    Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
  • 
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU

Son xəbərlər :
  • Əli Nağıyev: "Ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir"
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • İcra başçısının bağçaya gedən balaca fidanla səmimi görüşü
  • Dünyanı gözləyən təhlükə: El Ninyo yüzminlərlə insanın ölümünə səbəb ola bilər
  • Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
  • 30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
  • “Bitcoin”in qiyməti 84 min dollara düşüb
  • Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
  • TRIPP Azərbaycanın qərb rayonlarını Naxçıvanla necə birləşdirəcək? - Nazir DETALLARI AÇIQLADI - FOTO
  • Bu işlərdə çalışanların ödündə daş yaranır
  • Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi
  • Azərbaycan millisi Tacikistana qalib gəldi
  • AMEA-da “I Türkoloji Qurultayı arxiv sənədlərində” kitabının təqdimatı keçirildi
  • Qazaxda icra başçısı şəhid Məmməd Mərdanovun ildönümündə əziz xatirəsini ehtiramla yad edib
  • Məmməd Musayevə qarşı cinayət işi açıldı - İLGİNC TƏFƏRRÜAT
  • Uşaqları şəhid etdilər, bizə terrorçu deyirlər - Pezeşkian
  • Parlamentdə şok: Deputat narkotik istifadə edib? - Video
  • Trampla Netanyahu sağ qurtula bilməyəcək - Rzayi
  • Azərbaycan domenlərinə qarşı hücumlar oldu
  • Azərbaycan bu ölkə ilə diplomatik əlaqə qurdu
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

AZ ÖMÜR, YÜKSƏK PENSİYA YAŞI... – Və ya Azərbaycanda 65 yaşdan sonra həyat...

  • Tarix: 4-06-2025, 09:13

İyulun 1-dən etibarən Azərbaycanda qadınların pensiya yaşı növbəti dəfə artırılacaq. Bu dəyişiklik “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində əksini tapıb. Qanuna əsasən, azı 25 il sığorta stajı olan qadınların pensiya yaşı 2017-ci ildən 2027-ci ilədək hər il 6 ay artırılır.

Qadınların pensiya yaşı ilə bağlı son dəyişikliklər aşağıdakı kimidir:

-2024-cü il, 1 iyul — pensiya yaşı 64-ə çatdırılıb;

-2025-ci il, 1 iyul — pensiya yaşı 64 il 6 ay olacaq;

-2026-cı il, 1 iyul — qadınlarla kişilərin pensiya yaşı bərabərləşəcək, yəni 65 yaş olacaq.

Qeyd edək ki, Azərbaycanda qadınların pensiya yaşının artırılması – 2026-cı ildən etibarən 65 yaşa çatdırılması – sosial ədalət və demoqrafik reallıqlar baxımından ciddi tənqidlərə səbəb olan bir qərardır. İlk növbədə qeyd etmək lazımdır ki, 2024-cü il məlumatlarına görə, Azərbaycanda qadınların orta ömür uzunluğu 78.6 ildir. Bu isə o deməkdir ki, pensiya yaşı 65 olduqdan sonra qadınlar orta hesabla cəmi 13.6 il pensiya alacaqlar. Bu müddət Avropa ölkələri ilə müqayisədə olduqca qısadır.

Məsələn, İtaliyada qadınların pensiya yaşı 67, orta ömür uzunluğu isə 85.2 ildir. Bu, pensiya aldıqları müddətin təxminən 18.2 il olduğunu göstərir. Fransada isə qadınların pensiya yaşı 64.5, orta ömür uzunluğu 85.7 ildir. Yəni fransız qadınları təxminən 21.2 il pensiya alırlar.

Digər tərəfdən, 2025-ci ildə Azərbaycanda yaşa görə orta aylıq əmək pensiyası 573 manat (təxminən 337 ABŞ dolları) təşkil edir. Bu məbləğ bir çox Avropa ölkələri ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır. Məsələn, Fransa, Almaniya və İtaliya kimi ölkələrdə orta aylıq pensiya məbləği 1,450–1,561 avro arasında dəyişir ki, bu da Azərbaycanla müqayisədə təxminən 5–6 dəfə çoxdur.

Bu gün Azərbaycandakı pensiya məbləği ilə kommunal xidmətləri ödəmək, dərman və tibbi xidmətlərə pul çatdırmaq, ərzaq və gündəlik xərcləri qarşılamaq çox çətindir. Belə bir reallıqda insanları daha gec pensiyaya buraxmaq – yaşlı insanları daha uzun müddət işləməyə məcbur etmək deməkdir. Lakin bu insanların böyük əksəriyyəti artıq həmin yaşda ağır iş şəraitində çalışmaq iqtidarında olmur.



Eyni zamanda, Azərbaycanda 60 yaşdan sonra sağlamlıq imkanları əhəmiyyətli dərəcədə zəifləyir. Ölkədə tibbə əlçatanlığın zəif olması, dərmanların baha olması, yaşlılara yönəlik sosial xidmətlərin azlığı fonunda pensiya yaşının artırılması, xüsusilə kənd yerlərində yaşayan qadınlar üçün daha ağır nəticələrə səbəb olur. Kənd təsərrüfatında, xidmət sektorunda, təmizlik və fiziki əmək tələb edən sahələrdə çalışan qadınlar üçün pensiya yaşının artırılması həm də bir növ haqsızlıqdır. Çünki illərlə ağır şəraitdə çalışan bu qadınların sağlamlıq imkanları daha aşağı olur. Buna baxmayaraq, onlar da digərləri kimi qanunun tələblərinə uyğun olaraq 65 yaşdan tez pensiyaya çıxa bilmirlər.

Başqa bir problem isə odur ki, bu günün reallığında Azərbaycanda 50 yaşdan yuxarı şəxslərin iş tapması olduqca çətin məsələdir. Bu yaşda işdən çıxarılan vətəndaşların 65 yaşa qədər işləmək imkanı faktiki olaraq yoxdur. Müvafiq qanunla onlar işləməsələr də, pensiya ala bilmirlər. Nəticədə yoxsulluq içində yaşayan sosial qrup formalaşır.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika”-ya şərhində bildirib ki, 2010-cu ildə pensiya qanunvericiliyinə edilən dəyişikliklər nəticəsində 2017-ci ildən etibarən Azərbaycanda pensiya yaşının mərhələli şəkildə artırılması prosesinə başlanılıb.




Ekspert qeyd edir ki, bu yanaşma Qərbi Avropa ölkələrində tətbiq olunan modellərə əsaslansa da, müəyyən ziddiyyətlər mövcuddur: “Bu Avropa praktikasına uyğunlaşdırma yanaşması bir vacib reallığı nəzərə almadan tətbiq olundu. Azərbaycanda insanların gözlənilən ömür uzunluğu Avropa ilə müqayisədə xeyli qısadır.

Məsələn, Azərbaycanda orta ömür uzunluğu 75–78 il civarındadır. Halbuki bu göstərici Avropada 82–83 il arasında dəyişir. Yəni Avropada insanlar daha uzun yaşayır, daha yaxşı tibbi xidmət alır, daha sağlam qidalanır və daha təhlükəsiz mühitdə ömür sürür. Azərbaycanda isə pensiya yaşı artırılmasına baxmayaraq, ömür uzunluğunda real artım hələ baş verməyib. Gözlənilir ki, bu artım 2035-ci illərdə özünü göstərəcək. Belə olan halda, pensiya yaşının yüksəldilməsi əslində vaxtından əvvəl verilmiş qərardır və vətəndaşların real həyat şərtlərinə uyğun gəlmir”.

Ekspert pensiyaya çıxan şəxsin daha qısa müddət pensiya almasına da diqqət çəkir: “Hesab edirəm ki, qanun tələsik qəbul olunub və daha sağlam əsaslarla planlaşdırıla bilərdi. Hazırda qanun qüvvədədir və icra edilməlidir. Lakin vətəndaşların hüquqları ilə bağlı narahatlıq doğuran məqamlar mövcuddur. Bu sistemdə pensiya kapitalı “144-ə bölünərək” hesablanır. Bu, təxminən 12 il ərzində (12 ay × 12 il) pensiya ödənişinin verilməsi deməkdir. Amma əgər bir insan 65 yaşında pensiyaya çıxır və orta ömür uzunluğu 75 yaşdırsa, o, cəmi 10 il pensiya alacaq. Bu isə həm müddət baxımından qısa, həm də aylıq pensiya məbləğinin az olması deməkdir”.

X. Kərimli vurğulayır ki, fiziki cəhətdən ağır işlə məşğul olanlar üçün Nazirlər Kabinetinin qərarı ilə pensiya yaşının 5 il azaldılmasına ehtiyac var və bu, mümkündür.

İqtisadçı qeyd edir ki, burada əsas məqsəd ölkədə pensiya alan şəxslərin sayının azaldılmasına hesablanıb: “Bu da dövlətin pensiya yükünü azaltmaq məqsədi daşıyır. Amma düşünmürəm ki, bu yolla uzunmüddətli perspektivdə əhəmiyyətli qənaət əldə olunsun. Əgər pensiya yaşı artırılırsa və bu proses geri qaytarılmayacaqsa, hökumət ən azından pensiya məbləğlərini artırmaqla vətəndaşların rifahını qorumalıdır”.

2024-cü il üçün bəzi ölkələrdə qadınların pensiya yaşı və orta ömür uzunluğu aşağıdakı kimidir:

ÖlkəPensiya YaşıOrta Ömür Uzunluğu
Azərbaycan64 il78.6 il
Türkiyə58 il81.4 il
Ermənistan63 il78.6 il
Rusiya60 il76.2 il
Gürcüstan60 il77.3 il
İran55 il77.3 il
Fransa64 il85.3 il
Almaniya66 il83.5 il
İtaliya67 il85.4 il
İspaniya66 il 6 ay86.1 il
Böyük Britaniya66 il83.1 il
İsveç65 il84.7 il

Son illər kişilərdə olduğu kimi, qadınlar arasında da pensiya alanların sayında azalma müşahidə olunur. Məsələn, 2019-cu ildə yaşa görə pensiya alan qadınların sayı 466,8 min nəfər idisə, 2023-cü ilin əvvəlində bu rəqəm 404,5 min nəfərə düşüb. Bu, beş il ərzində qadın pensiyaçıların sayında təxminən 62,3 min nəfərlik (13,3%) azalma deməkdir. Bu azalma da təbii olaraq pensiya yaşının artırılması və digər sosial-iqtisadi amillərlə əlaqədardır. Mütəxəssislər bildirirlər ki, pensiya yaşının artırılması prosesi 2026-cı ildə başa çatdıqdan sonra pensiyaçıların sayında sabitləşmə və artım müşahidə oluna bilər.

Son olaraq qeyd edə bilərik ki, Azərbaycanda ömrünü ailəsinə, dövlətinə, cəmiyyətinə həsr etmiş on minlərlə qadın bu gün pensiya yaşını gözləyərkən, əslində həyatlarının ən çətin mərhələsinə qədəm qoyurlar. Onların bir çoxu bu yaşa çatmadan dünyasını dəyişir, çatanlar isə rəsmi rəqəmlərin göstərmədiyi bir reallıqla – zəif büdcə, ortaya çıxan səhhət problemləri və laqeyd bir sistemlə qarşılaşırlar.

Belə bir dönəmdə isə artıq pensiya onlar üçün rahatlıq yox, bir növ sağ qalma vəsaitinə çevrilir...

Elvin Bəyməmmədli

“AzPolitika.info”


Oxunub: 754
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 10:07 | Əli Nağıyev: "Ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir"
    Bu gün, 09:55 | MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    Bu gün, 09:50 | İcra başçısının bağçaya gedən balaca fidanla səmimi görüşü
    Bu gün, 09:40 | Dünyanı gözləyən təhlükə: El Ninyo yüzminlərlə insanın ölümünə səbəb ola bilər
    Bu gün, 08:29 | Bir qrup işçi tikinti şirkətindən maaşlarını ala bilmirlər - VİDEO
    Bu gün, 08:27 | 30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB - VİDEO
    Bu gün, 08:25 | “Bitcoin”in qiyməti 84 min dollara düşüb
    Bu gün, 08:23 | Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək
    Bu gün, 08:20 | TRIPP Azərbaycanın qərb rayonlarını Naxçıvanla necə birləşdirəcək? - Nazir DETALLARI AÇIQLADI - FOTO
    Bu gün, 07:56 | Bu işlərdə çalışanların ödündə daş yaranır
    Bu gün, 07:55 | Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi
    Dünən, 22:10 | Azərbaycan millisi Tacikistana qalib gəldi
    Dünən, 21:29 | AMEA-da “I Türkoloji Qurultayı arxiv sənədlərində” kitabının təqdimatı keçirildi
    Dünən, 21:20 | Qazaxda icra başçısı şəhid Məmməd Mərdanovun ildönümündə əziz xatirəsini ehtiramla yad edib
    Dünən, 20:16 | Məmməd Musayevə qarşı cinayət işi açıldı - İLGİNC TƏFƏRRÜAT
    Dünən, 19:08 | Uşaqları şəhid etdilər, bizə terrorçu deyirlər - Pezeşkian
    Dünən, 19:07 | Parlamentdə şok: Deputat narkotik istifadə edib? - Video
    Dünən, 19:05 | Trampla Netanyahu sağ qurtula bilməyəcək - Rzayi
    Dünən, 19:03 | Azərbaycan domenlərinə qarşı hücumlar oldu
    Dünən, 19:02 | Azərbaycan bu ölkə ilə diplomatik əlaqə qurdu
    Dünən, 19:00 | Bakıda əməliyyat: saxlanılanlar var - Video
    Dünən, 18:59 | 1673-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
    Dünən, 17:41 | Yağış yağacaq, dolu düşəcək - Bu tarixdə
    Dünən, 14:20 | Şəhid Tahir Əliyev ziyarət olunub
    Dünən, 14:19 | Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Dünən, 14:16 | 40 ilin həkimini işdən çıxarmışdı - Vəzifəsindən azad edildi
    Dünən, 14:14 | Orxan Yusibov bu mərkəzə rəhbər təyin olundu
    Dünən, 14:01 | Azərbaycanlılara görə divarları yazanlar həbs olundu
    Dünən, 13:56 | ADSEA sədrinin vətəndaşlarla görüş tarixi dəyişdirildi
    Dünən, 13:17 | Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi - Məhkəməni uddu
    Dünən, 13:14 | Skuterdən yıxılan 42 yaşlı kişi öldü
    Dünən, 13:12 | Masazırda yük və minik maşınları toqquşdu: ölən var
    Dünən, 13:11 | Sabah 35 dərəcə isti olacaq
    Dünən, 12:39 | Şəhid Amil Tanırverdiyevin üçüncü ildönümü qeyd olunub
    Dünən, 11:23 | İlham Əliyev əfv sərəncamı imzaladı
    Dünən, 07:55 | Süni intellektin təhlükəli potensialı ilə bağlı xəbərdarlıq: Viruslar yarada bilir?
    Dünən, 07:53 | Dünyanı “super bit” basacaq - Xəbərdarlıq
    Dünən, 07:51 | Payız fəsli Azərbaycana daxil olub
    Dünən, 07:31 | Güclü pul və enerji axını: yaxın günlərdə həyatında kəskin dönüş yaşayacaq BÜRCLƏR
    Dünən, 07:28 | Azərbaycanlı sənətçinin Rusiyaya girişinə qadağa qoyuldu
    Dünən, 07:27 | FİFA-dan Türkiyə komandasına ağır cəza
    Dünən, 01:07 | Azərbaycan bu şəxslər üçün quru sərhədi açır
    Dünən, 01:02 | Zamin durmadan öncə 2 dəfə düşünün – BORCDAN ƏLAVƏ ÖHDƏLİKLƏR
    Dünən, 00:58 | 60 qəpikdən domino oynayanlar 3000 manat cərimələndi
    Dünən, 00:55 | Bu rayona dolu düşdü: Yollara, ağaclara ziyan dəydi
    Dünən, 00:53 | Prezident: "Erməni silahlı qüvvələrinə Kəlbəcər və Laçından çıxmaları üçün 2-3 həftə vaxt verilmişdi" - Video
    Dünən, 00:51 | Bəzi ərazilərdə işıq olmayacaq
    Dünən, 00:50 | Prezident işğal dövründə Ermənistanın 60 min hektar meşə fondunu məhv etməsini qabardıb - Video
    Dünən, 00:45 | Sumqayıtda təmir olunmayan yollar: Yaşıl Dərənin küçələri palçıqdan nə zaman azad olunacaq? - Video
    Dünən, 00:42 | Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - Video
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.