Bakıda şok kadrlar: Maşınlar binanın üstündə drift etdi - VİDEO
Sosial şəbəkələrdə Bakıda avtomobillərin binanın üstündə drift etməsinin görüntüləri yayılıb. Məlumata görə, maşınlar mərkəzdə yerləşdiyi bildirilən binanın üstündə şou göstəriblər. Mediaxeberleri.Az-ın məlumatına görə Bakı şəhər DYPİ-nin ictimaiyyətlə əlaqələr bölməsindən Oxu.Az-a bildirilib ki, yayımlanan görüntülərdə əks olunan hadisə iyunun 5-də Nəsimi rayonu ərazisində yerləşən parkinq təyinatlı obyektin sonuncu mərtəbəsində rəsmi icazə olmadan avtomobillərlə test yürüşlərinin təşkili ilə bağlı olub. Keçirilən tədbirlərlə yürüşdə iştirak edən 3 nəfər polis şöbəsinə gətirilib, onların idarə etdikləri avtomobillər isə duracağa yerləşdirilib.
Oxunub: 33
Xəbəri paylaş
Paylaş:





















