Oğuzda ağır qəza: yaralılar var
Oğuzda qəza baş verib, xəsarət alanlar var Mediaxeberleri.Az Report-a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Calud kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, KİA və VAZ-21012 markalı avtomobillərin toqquşması nəticəsində VAZ-da olan Bərdə rayon sakinləri 39 yaşlı Məzahir Şahnamazov və 30 yaşlı Məmi İmanov xəsarət alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 34
Xəbəri paylaş
Paylaş:





















