Mediaxeberleri.az
    
  • İlham Əliyev: "Bu gün Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan yaxınlaşması paralel olaraq keçirilir"
    İlham Əliyev: "Bu gün Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan yaxınlaşması paralel olaraq keçirilir"
  • 
  • "BEYNƏLXALQ MÜNASİBƏTLƏR BU GÜN YENİ ERAYA QƏDƏM QOYUR" - Prezidentin “Euronews”a müsahibəsinin TAM MƏTNİ + FOTOLAR
    "BEYNƏLXALQ MÜNASİBƏTLƏR BU GÜN YENİ ERAYA QƏDƏM QOYUR" - Prezidentin “Euronews”a müsahibəsinin TAM MƏTNİ + FOTOLAR
  • 
  • Prezident: "Biz siyasi, iqtisadi, enerji və hətta müdafiə sahəsində ABŞ ilə yeni mərhələyə qədəm qoyuruq"
    Prezident: "Biz siyasi, iqtisadi, enerji və hətta müdafiə sahəsində ABŞ ilə yeni mərhələyə qədəm qoyuruq"
  • 
  • TRAMP AZƏRBAYCANI DA DƏVƏT ETDİ - Rəsmi Bakı razılıq verdi
    TRAMP AZƏRBAYCANI DA DƏVƏT ETDİ - Rəsmi Bakı razılıq verdi
  • 
  • Rəfayıl Qurbanoğlunun 65 illik yubileyi qeyd edildi - Fotolar
    Rəfayıl Qurbanoğlunun 65 illik yubileyi qeyd edildi - Fotolar
  • 
  • Azərbaycanın Xalq artisti Sabir Məmmədvun doğum günüdür
    Azərbaycanın Xalq artisti Sabir Məmmədvun doğum günüdür
  • 
  • "VAXTİLƏ ETDİYİM SƏHLƏNKARLIĞIN CƏZASINI ÇƏKİRƏM..." - Mehman Cavadoğlu ilə MÜSAHİBƏ
    "VAXTİLƏ ETDİYİM SƏHLƏNKARLIĞIN CƏZASINI ÇƏKİRƏM..." - Mehman Cavadoğlu ilə MÜSAHİBƏ
  • 
  • İlham Əliyevin Sülh Şurasının Nizamnaməsinin imzalanma mərasimində iştirakı və Donald Trampla görüşü - VİDEO
    İlham Əliyevin Sülh Şurasının Nizamnaməsinin imzalanma mərasimində iştirakı və Donald Trampla görüşü - VİDEO
  • 
  • Sülh təşəbbüsünə verilən dəyər: 30 illik münaqişəyə son qoyan iradə
    Sülh təşəbbüsünə verilən dəyər: 30 illik münaqişəyə son qoyan iradə
  • 
  • Böyük alim ömrünün mənalı həyat hekayəsi
    Böyük alim ömrünün mənalı həyat hekayəsi
  • 
  • Dəm qazı nədir və ondan necə qorunmaq olar?
    Dəm qazı nədir və ondan necə qorunmaq olar?
  • 
  • PENSİYALAR ARTIR, PENSİYAÇILARIN SAYI VƏ YAŞAM SƏVİYYƏSİ AZALIR... - Statistikanın acı tərəfi
    PENSİYALAR ARTIR, PENSİYAÇILARIN SAYI VƏ YAŞAM SƏVİYYƏSİ AZALIR... - Statistikanın acı tərəfi
  • 
  • Zərərçəkən: "Dedi ki, ərim polkovnikdir, nə bilirsiniz edin" - 700 minlik dələduzluq işi
    Zərərçəkən: "Dedi ki, ərim polkovnikdir, nə bilirsiniz edin" - 700 minlik dələduzluq işi
  • 
  • Serbiya prezidenti: "İlham Əliyev böyük, dahi liderlərdən biridir"
    Serbiya prezidenti: "İlham Əliyev böyük, dahi liderlərdən biridir"
  • 
  • Prezidentdən təbrik paylaşımı
    Prezidentdən təbrik paylaşımı
  • 
  • Kamran Əsədov məhkəmə zalında həbs olundu
    Kamran Əsədov məhkəmə zalında həbs olundu
  • 
  • Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc gəldi - VİDEO
    Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc gəldi - VİDEO
  • 
  • Xalq artistinə ağır itki
    Xalq artistinə ağır itki
  • 
  • Səlim Müslümov satışa çıxarılan milyonluq mülklərindən danışdı: "Nə deyə bilərəm ki..."
    Səlim Müslümov satışa çıxarılan milyonluq mülklərindən danışdı: "Nə deyə bilərəm ki..."
  • 
  • Rəfail İncəyurdun iki şeirinə Qalib Rəhimlinin iki baxışı
    Rəfail İncəyurdun iki şeirinə Qalib Rəhimlinin iki baxışı
  • 
  • "İRAN DİVARA SIXILSA, BU ARSENALI İŞƏ SALA BİLƏR...." - "Rusiya tükənir, atəşkəs ola bilər..."
    "İRAN DİVARA SIXILSA, BU ARSENALI İŞƏ SALA BİLƏR...." - "Rusiya tükənir, atəşkəs ola bilər..."

Son xəbərlər :
  • Çempionlar Liqası: “Qarabağ”ın ən ağır ev məğlubiyyəti
  • Nəriman Həsənzadə "Heydər Əliyev" ordeni ilə təltif edildi
  • Nəriman Həsənzadə "Heydər Əliyev" ordeni ilə təltif edildi
  • İmplant müalicəsi: İtirilmiş dişlərə uzunömürlü həll
  • Sabahın hava proqnozu açıqlandı
  • ANAMA əməkdaşı Xocalıda minaya düşüb
  • Yod əksikliyi: Bədəniniz sizə necə siqnal verir?
  • Avtomobilini texniki baxışdan keçirmək istəyənlərin nəzərinə!
  • Bakının məşhur restoranlarında fantastik iftar qiymətləri
  • “Qarabağ” bu gün qalib gələ bilərmi? - Ekspert
  • UEFA Çempionlar Liqası: "Qalatasaray" "Yuventus"u darmadağın etdi - VİDEO
  • Vəzifəsini itirmiş Vüqar Qurbanovla bağlı ŞOK İTTİHAM - “İçki aludəçisidir”
  • Moskvada azərbaycanlı cütlüyün ölümü ilə bağlı təfərrüat məlum oldu
  • Azərbaycan neftinin qiyməti 70 dolları ötdü
  • Rəşad Mahmudov müraciət yaydı: Bu, əxlaqsızlıqlıqdır, ləyaqətsizlikdir!
  • Magistratura imtahanında ən yüksək bal toplayanlar məlum oldu
  • "İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO
  • "Heç bir komanda "Nyukasl"a qarşı oynamaq istəmir" - Qurban Qurbanov
  • Nəsimi rayonunda özbaşınalıq – FHN də müraciət edib, icra hakimiyyəti tədbir görmür (FOTO)
  • Azərbaycanda 11 gün ardıcıl İŞ OLMAYACAQ
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İRSİNDƏN MÜASİRLİYƏ... - Heydər Əliyevin dövlətçilik ideologiyası

  • Tarix: 29-05-2025, 12:26

Sadiq QURBANOV,


Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik konsepsiyası strateji və tarixi varislik aspektindən mühüm əhəmiyyət daşıyır. O, Azərbaycanın suverenliyini yalnız siyasi müstəvidə deyil, həm də milli-mədəni dəyərlərin qorunması və möhkəmləndirilməsi prizmasından yanaşaraq formalaşdırmışdır. Dövlətçilik irsinin yaşadılması Heydər Əliyevin idarəçilik modelinin əsas sütunlarından birini təşkil edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarına istinad edərək, o, müasir dövlətin əsaslarını bu tarixi miras üzərində qurmağa çalışmışdır. Müstəqilliyin ali məqsədi kimi milli-mənəvi dəyərlərin dirçəldilməsi və xalqın öz kimliyini dərk etməsi siyasətin mərkəzində dururdu.

Heydər ƏLİYEV: "Bizim xalqımızın böyük dövlətçilik tarixi olubdur"

Azərbaycanın keçmiş dövrlərdə mövcud olmuş dövlətçilik sistemləri Heydər Əliyevin baxış bucağında xüsusi yer tuturdu. Ulu Öndər milli dövlətçilik şüurunun formalaşması və tarixi varislik məsələlərinə öz konseptual baxışını belə ifadə edirdi: "Bizim xalqımızın böyük, möhtəşəm tarixi var. Biz öz tariximizlə fəxr edə bilərik. Bizim xalqımızın böyük dövlətçilik tarixi olubdur. Ən qədim dövrlərdən Azərbaycan torpağında əzəmətli dövlətlər olmuşdur. Orta əsrlər Azərbaycan dövlətçiliyi tariximizə gözəl nümunələr vermişdir. Şirvanşahlar dövləti, Atabəylər dövləti, Ağqoyunlular dövləti, Qaraqoyunlular dövləti, Səfəvilər dövləti - bunlar hamısı Azərbaycan xalqının dövlətçiliyinin tarixidir. Ondan sonra Azərbaycanda olan xanlıqlar da dövlətçilik xarakteri daşımışdır. XX əsrin əvvəlində, 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yaranmışdır. Ondan sonrakı dövr, 1920-ci ildən 1991-ci ilə qədər olan dövr Azərbaycanın həyatında xüsusi bir dövr olmuşdur. Azərbaycan müstəqil dövlət olmamışdır, ancaq Azərbaycan xalqı böyük bir inkişaf dövrü keçmişdir. Beləliklə, Azərbaycan torpağında ən qədim zamanlardan indiyə qədər müstəqil dövlətlər olmuşdur. Biz bununla fəxr edirik və fəxr edə bilərik".

Tarixi varislik prinsipi əsasında Ulu Öndər ölkənin gələcək inkişaf xəttini müəyyənləşdirmiş, milli dövlətçiliyin ideoloji dayaqlarını gücləndirmişdir. Heydər Əliyevin strategiyası müstəqilliyin yalnız formal dövlət suverenliyi ilə məhdudlaşmadığını, eyni zamanda milli-mədəni kimliyin qorunması və inkişafı ilə bağlı olduğunu göstərir. Bu yanaşma Azərbaycanın tarixindən güc alaraq gələcəyə uzanan davamlı dövlətçilik xəttini formalaşdırır. Xüsusilə qeyd edilməlidir ki, Ümummilli Lider yalnız siyasi və iqtisadi deyil, həm də mədəni-mənəvi istiqlal uğrunda da əzmkar mübarizə aparırdı. Onun parlamentdəki ilk çıxışını araşdırdıqca müstəqilliyə münasibətdə əsrin əvvəllərində mövcud olmuş kəskin fikir ayrılıqları diqqətimizi cəlb edir.

Üçrəngli bayraqla Leninin büstü bir yerdə ola bilməz!

Heydər Əliyev aşağıdakı fikirləri söyləməklə respublika rəhbərliyini ölkənin formal deyil, real müstəqillik yolunu tutmağa və aydın ideoloji konsepsiya yaratmağa səsləyirdi. Ulu Öndər qeyd edir: "Məhəmməd Əmin Rəsulzadə partiyasının ideyasını təmsil edən bayraqla ona zidd olan ideyanın banisinin büstünün sessiya keçən salonda yan-yana durması da təəccüb doğurur. Sadəcə desək, bu uyğunsuzluğu anlamaq çətindir. Bəlkə buna bir izahat vermək lazım idi?"



Hələ Azərbaycanın Zaqafqaziya Seymində olduğu bir vaxtda bir qrup şəxs Azərbaycanın müstəqil ola bilməyəcəyi, nicatımızın yalnız Rusiyada olduğunu səsləndirirdi. Lakin M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov, F.X.Xoyski, N.Yusifbəyli Azərbaycanın müstəqilliyinə çalışır və bu ideyanı təbliğ edirdilər. Hələ 1917-ci ildə Bakıda Müsəlmanların I Qurultayında çıxış edən Nəsib bəy Yusifbəyli deyirdi:

"Kim deyə bilər ki, biz özümüzü idarəetmə səlahiyyətində bir millət deyilik?!"

Bu tarixi nailiyyəti yüksək qiymətləndirən Heydər Əliyev qeyd edirdi: "XIX əsrdən başlanan mürəkkəb ictimai-siyasi proseslərin gedişi Azərbaycan cəmiyyətində əsaslı dəyişikliklərə gətirib çıxardı, yeni mühitdə formalaşan görkəmli ictimai və siyasi xadimlərimiz əsrin çağırış və tələblərinə layiqincə cavab verməyə qadir oldular. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması üçün münbit zəmin yarandı".



Ümummilli Lider Heydər Əliyev 5 fevral 1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasında tarixi varislik və ərazi bütövlüyü məsələsini önə çəkmişdir. Heydər Əliyev həmin çıxışında deyirdi: "1918-ci ildə Azərbaycan Respublikasının ərazisi 114 min kv. kilometr olub. İndi isə 86 min kv. km-dir. Gör əlimizdən nə qədər torpaqlar gedib. Əsrlər boyu Vətən, torpaq anlayışı xalqımızın ləyaqətini, mənliyini, şərəfini əks etdirib. Xalq öz torpağının müqəddəsliyini qorumaq üçün onun uğrunda ölüm-dirim mübarizəsi aparıb. Ulu babalarımız Vətən torpağının hər bir qarışını namus simvolu kimi qoruyub, onun yolunda canlarını və övladlarını qurban verməkdən belə çəkinməyiblər. Təəssüf ki, biz bu ənənələri unuduruq. Buna artıq dözmək olmaz".

Onu da bildirək ki, Heydər Əliyevin məsələlərə tarixi varislik kontekstində yanaşması strateji olaraq Qərbi Azərbaycana qayıdış problemini özündə ehtiva edirdi.

Yeri gəlmişkən, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etmək kimi tarixi missiyanı uğurla həyata keçirən qalib sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev İrəvan şəhərinin süni şəkildə yaradılan Ermənistana paytaxt kimi güzəştə gedilməsi məsələsinə olan kəskin münasibətində xüsusilə haqlıdır. Unutmayaq ki, bu fikirlər iki yüzillik məğlubiyyətçilik sindromuna son qoymuş qalib sərkərdənin dilindən səslənir. O, haqlı olaraq gənc nəslə çatdırır ki, Vətən torpağının bir qarışını belə heç bir halda düşmənə güzəştə getmək olmaz!

Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti irsinə həmişə ehtiramla yanaşmışdır. Bu tarixi irsin öyrənilməsini zəruri hesab edən dahi şəxsiyyət 22 fevral 1998-ci il tarixli sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi üzrə dövlət komissiyasının tədbirlər planını təsdiq etmişdir. Tədbirlər planında Azərbaycan Xalq Cümhuriyyəti irsinin yaşadılması fəaliyyət növünə görə aşağıdakı kimi qruplaşdırılmışdır:

1. Cümhuriyyət irsinin öyrənilməsi.

2. Cümhuriyyət irsinin təbliği.

3. Gələcək nəsillərə çatdırılması.

Bu gün qeyd etdiyimiz tarixi bayramlar və dövlətçiliklə bağlı günlər öz köklərini Azərbaycan Xalq Cümhuriyyəti dövründən götürmüşdür. Ulu Öndər Heydər Əliyev tərəfindən 22 may 1998-ci ildə imzalanan fərmanla 26 iyun 1918-ci il tarixdə AXC-nin Milli Ordusunun yaradılması Silahlı Qüvvələr Günü kimi təsdiq edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilən mühüm qərarlar əsasında müasir dövrdə qeyd olunan aşağıdakı rəsmi günlər formalaşmışdır:

l 9 Noyabr - Dövlət Bayrağı Günü (1918-ci ilin noyabrında AXC tərəfindən üçrəngli bayrağın qəbul edildiyi tarix)

l 7 Dekabr - Azərbaycan Parlamentinin yaradıldığı gün (AXC-nin parlamentinin ilk iclasının keçirildiyi tarix)

l 28 Mart - Təhlükəsizlik Orqanları Günü (AXC-nin kəşfiyyat və əks-kəşfiyyat orqanlarının təsis edilməsi tarixi)

Bundan əlavə, Ümummilli Lider Heydər Əliyev 1998-ci ildə görkəmli diplomat Əlimərdan bəy Topçubaşovun Parisdə yaşadığı binanın divarına vurulan xatirə lövhəsi münasibətilə Fransa Prezidenti Jak Şiraka minnətdarlıq məktubu ünvanlamışdır. Bu addım AXC irsinə verilən ali qiymətin və onun beynəlxalq miqyasda tanınmasının bariz nümunələrindən biri olmuşdur.

Hələ sovetlər dönəmində bu irsə öz ehtiramını göstərən Heydər Əliyev heç kəsin cəsarət edib deyə bilmədiyi bir çox fikri səsləndirməkdən çəkinməmişdir. Ulu Öndər respublikaya ilk rəhbərliyi dövründə Bakı Dövlət Universitetinin 50 illik yubileyində çıxışı zamanı bu təhsil müəssisəsinin tarixinə toxunaraq AXC qurucularının ünvanına yüksək qiymət vermişdir: "Azərbaycan xalqının tarixində birinci ali məktəbin yubileyi elə bir hadisədir ki, onun ictimai əhəmiyyəti Azərbaycanın dövlət hüdudlarından çox-çox kənara çıxır. Bakıda universitet Azərbaycan xalqının həyatının ağır günlərində yaradılmışdır. Lakin bu gərgin vəziyyət universitet yaradılması uğrunda hərəkatın qarşısını ala bilməmişdi. Biz Azərbaycan xalqının bu və bir çox digər görkəmli oğullarına ona görə minnətdarıq ki, onlar zülmətli irtica və özbaşınalıq şəraitində Azərbaycan xalqının ictimai fikrinin, elm və mədəniyyətinin məşəlini göz bəbəyi kimi qorumuşlar".

Müstəqillik ideyalarının carçısı olan Heydər Əliyev Azərbaycanın tarixi irsinə böyük sevgi bəsləyirdi. O, hələ Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi, SSRİ-nin mövcud olduğu bir vaxtda ilk fürsətdə öz arzularını gerçəkləşdirdi. Təsadüfi deyil ki, müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğu prosesi Naxçıvandan başlandı.



17 noyabr 1990-cı ildə Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi təklif edildi. Dahi şəxsiyyətin özünün işləyib hazırladığı və Ali Məclisdə yekdilliklə qəbul olunan "Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında" tarixi qərarda deyilir:

1. İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilsin.

2. Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi - Dövlət himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin.

3. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağının bütövlükdə Azərbaycan SSR-in dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin.

Məhz bu dönəmdə Bakıya səfər edən Heydər Əliyev paytaxtda Məhəmməd Əmin Rəsulzadənin oğlu ilə maraqlı görüş keçirir. Bu görüşü Azər Rəsulzadənin oğlu Rais Rəsulzadə belə xatırlayır: "Atamla birlikdə Bakıda olduğumuz gün Şəhidlər xiyabanına getdik. Ziyarət zamanı atam qoluma toxunub dedi ki, bax, Heydər Əliyevdir. Mən də dönüb baxdım - doğrudan da, Heydər Əliyev jurnalistlərə müsahibə verirdi.

O, bizi görən kimi yanındakı insanları araladı və bizə doğru gəldi. Atamla salamlaşdı və soruşdu: "Siz Məhəmməd Əmin Rəsulzadənin oğlu Azərsiniz?" Atam təsdiqlədi. Heydər Əliyev bildirdi ki, onu televizorda görmüşdü və səhhəti ilə bağlı problemlərini eşitmişdi.

Atam "xalq düşməni" damğasını geridə qoyub Vətənə qayıtdığını deyəndə, Heydər Əliyev gülümsəyərək dedi: "Mən də "kommunist" damğasını atmışam". Sonra əlavə etdi ki, sabah Milli Məclisdə çıxış edəcək və Naxçıvanda olsaydıq, bizə hər cür şərait yaradardı".



Heydər Əliyevin Məhəmməd Əmin Rəsulzadə ailəsinə və irsinə olan ehtiramını qeyd edərkən iki mühüm məqamı da xatırlatmaq vacibdir. Rais Rəsulzadə atasının vəfatı xəbərini Heydər Əliyevə çatdırdıqda, onun xüsusi təyyarə ilə gətirilməsini təmin etməsini minnətdarlıq hissi ilə yad edir. Bundan başqa, Heydər Əliyev birinci hakimiyyəti dövründə Qlavlit rəhbərini təyin edərkən namizədlər gözdən keçirilmiş və ona məruzə edilmişdi ki, yaxşı bir namizəd var, lakin Məhəmməd Əmin Rəsulzadənin qohumu olduğu üçün bu faktor onun təyin olunmasına mane olur. Heydər Əliyev isə bildirir ki, əgər həmin şəxs bu vəzifəyə layiqdirsə, M.Ə.Rəsulzadənin qohumu olması ona maneə törədə bilməz və nəticədə o şəxsi bu vəzifəyə təyin edir.

Heydər Əliyev keçmişin dərslərindən düzgün nəticə çıxarmağı tövsiyə edirdi. Ulu Öndər AXC-nin liderlərinə və onların fəaliyyətinə yüksək qiymət vermişdir: "Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları xalqımızın tarixində əbədi yaşayacaqdır. Onların müstəqillik uğrunda göstərdikləri fədakarlıq və xidmətlər heç vaxt unudulmayacaqdır."

28 may 1918-ci ildə Xalq Cümhuriyyətinin yaranmasına Azərbaycan tarixində böyük siyasi-ictimai hadisə kimi yanaşan Ümummilli Liderin 21 sentyabr 1993-cü ildə Azərbaycan Elmlər Akademiyasında ziyalılarla görüşdə səsləndirdiyi fikirlər milli yaddaşın qorunması və dövlətçilik irsinin dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Heydər Əliyev çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını tarixi hadisə kimi qiymətləndirərək onun müstəqillik yolunda böyük siyasi-ictimai proseslərə təsir etdiyini vurğulamışdır. AXC-nin qurucuları - Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyov və digər görkəmli dövlət xadimləri Azərbaycanı müstəqil dövlət kimi dünya siyasi arenasında tanıtmış, bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə nail olmuşlar. Bununla yanaşı, Ulu Öndər tarixi reallıqları da nəzərə alaraq, AXC-nin süqut etməsinin tək səbəbinin 28 aprel 1920-ci ildə bolşevik işğalı olmadığını, həm də həmin dövrdə dövlətin öz daxilində siyasi qütbləşmələrin mövcud olduğunu qeyd etmişdir. O vurğulamışdır ki, 23 ay ərzində hökumət beş dəfə dəyişmiş, parlamentdə müxtəlif partiyalar iştirak etmiş və daxili çəkişmələr dövlətin davamlı fəaliyyətinə mane olmuşdur.

Bu tarixi təhlil fonunda Heydər Əliyev Azərbaycan xalqına və tarixçilərə mesaj verərək, keçmişin dərslərindən düzgün nəticə çıxarmağı tövsiyə etmişdir. Demokratik hökumətin fəaliyyətini layiqincə qiymətləndirməklə yanaşı, onun zəif cəhətlərinin də öyrənilməsinin vacibliyini qeyd edərək, dövlət quruculuğu sahəsində analoji səhvlərə yol verilməməsini xüsusi vurğulamışdır.

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti irsinə ehtiramı

Bütün sahələrdə olduğu kimi, Cümhuriyyət irsinə münasibət də Ümummilli Lider Heydər Əliyevdən miras qalan siyasi xətt əsasında uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətində Azərbaycan Xalq Cümhuriyyəti irsinə göstərilən yüksək hörmət, tarixi varislik prinsipinə olan sədaqətin təzahürüdür.




2018-ci il Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilmiş, bu münasibətlə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı təsis olunmuşdur.

Ölkə rəhbərinin müvafiq sərəncamları çərçivəsində Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının çap edilməsi, Cümhuriyyət generalları Əliağa Şıxlinski və Səməd bəy Mehmandarovun, dövlətçilik ideologiyasının görkəmli nümayəndələri - M.Ə.Rəsulzadənin, Əli bəy Hüseynzadənin və Əhməd bəy Ağaoğlunun yubileylərinin keçirilməsi bu irsə verilən ali qiymətin bariz nümunəsidir.

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi barədə sərəncam, görkəmli dövlət xadiminin irsinin qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Məhz bu səbəbdən M.Ə.Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rais Rəsulzadə Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlamışdır. Bu məktub Cümhuriyyət tarixinin bir parçası kimi dəyərləndirilə bilər. 




"Hörmətli cənab Prezident! Azərbaycan Xalq Cümhuriyyətinin banisi, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı verdiyiniz sərəncama görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sərəncam bütün Azərbaycan xalqının sevincinə səbəb oldu. Bu, Sizin mənəviyyatımıza, mədəniyyətimizə, tarixi-dövlətçilik ənənələrimizə, istiqlal ideyalarına verdiyiniz bir töhfədir. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən M.Ə.Rəsulzadənin 110 illik yubileyi ilə əlaqədar sərəncam verilmişdi. Yenidən belə bir sərəncam imzalanması sevindiricidir. Bu, Xalq Cümhuriyyətinin banilərinə verilən layiqli qiymətdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan respublika bu gün müstəqil dövlət kimi dünya miqyasında öz layiqli yerini tutmuşdur.

Qüdrətli Azərbaycan dövləti quruculuğunda istiqlal ideyalarına sadiq olduğunuz üçün, ali dövləti fəaliyyətinizdə, xalqımızın və dövlətimizin gələcək inkişafı naminə apardığınız siyasətdə Sizə uğurlar, möhkəm cansağlığı, doğma Azərbaycanımızın daha da qüdrətlənməsində yeni nailiyyətlər arzulayıram", - deyə məktubda bildirilir.

Azərbaycanın dövlətçilik irsinə Prezident İlham Əliyev yüksək dəyər verərək tarixi şüura söykənən siyasi xətt yürüdür. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu dirçəldərək onun öz taleyini müəyyən etməyə qadir olduğunu sübut etdi. AXC mürəkkəb tarixi şəraitdə çətin, lakin şərəfli vəzifəni icra edərək dövlətçilik ənənələrinin əsasını qoydu. Cümhuriyyət dövründə ilk parlament və hökumət formalaşdırıldı, dövlətin hüquqi-siyasi strukturu təşəkkül tapdı, milli sərhədlər müəyyənləşdirildi, rəsmi dövlət atributları - bayraq, himn və gerb təsis edildi. Azərbaycan dili rəsmi dövlət dili elan olundu, ordu quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi, maarif və mədəniyyətin inkişafına xüsusi önəm verildi. İlk universitet təsis olunaraq təhsil milliləşdirildi, xalqın mədəni yüksəlişi üçün möhkəm zəmin hazırlandı və ictimai fikir tarixində mühüm irəliləyişlər əldə edildi.

Prezident İlham Əliyevin tarixi varislik prinsipinə əsaslanan siyasəti AXC-nin milli irsinin qorunmasına, inkişaf etdirilməsinə və dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olması üçün həyata keçirilən siyasət xalqın milli kimliyini gücləndirərək onun gələcək inkişaf perspektivlərini daha da genişləndirir.

Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və tarixi varislik konsepsiyası

XX əsrdə Azərbaycan xalqının yetişdirdiyi nadir siyasi lider olan Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra istiqlal ideyalarının milli yaddaşda yaşamasını təmin edərək, bu düşüncəni dövlətçilik fəlsəfəsinin əsas sütunlarından birinə çevirmişdir. Məhz ötən əsrin 70-ci illərindən başlayaraq, Azərbaycan xalqının istiqlal duyğularına əsaslanan siyasi kursu formalaşdırmış, əsrin sonlarına doğru isə müstəqil Azərbaycan dövlətini quraraq onun sarsılmazlığını, demokratik yüksəlişini və müstəqilliyinin daimliyini təmin etmişdir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev müstəqilliyin gələcək nəsillərə ötürülməsi üçün mühüm tarixi missiyanı yerinə yetirmişdir. Dövlət başçısı tarixi varislik prinsipinə həssaslıqla yanaşaraq, 15 oktyabr 2021-ci il tarixdə "Müstəqillik Günü haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiq etmişdir. Azərbaycanın müstəqillik mübarizəsinin ən ali zirvəsi ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasıdır ki, bu şərəfli missiyanın şəriksiz lideri möhtərəm Prezident İlham Əliyevdir.

Bölgədə yaranan yeni geosiyasi reallıqlar Azərbaycan xalqının tarixi torpaqları olan Qərbi Azərbaycan ərazilərinə qayıdış üçün əlverişli şərait formalaşdırmışdır. Bu baxımdan Heydər Əliyevin irəli sürdüyü tarixi varislik konsepsiyası, Azərbaycan xalqının strateji hədəflərini daha da gücləndirən mühüm amilə çevrilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti mirasının varisi kimi, ölkəmiz öz tarixi torpaqlarına qayıtmaq hüququnu daim özündə saxlayır. Xalqın bu istəyini Prezident İlham Əliyev qətiyyətlə ifadə edərək bildirmişdir: "Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, ancaq öz torpağımızı biz heç kimə verən də deyilik!"

Azərbaycan tarixinin bütün dövrlərinə, o cümlədən Xalq Cümhuriyyəti dönəminə böyük hörmətlə yanaşan Heydər Əliyevin irsi, bu sahənin dərindən öyrənilməsi və dəyərləndirilməsi üçün ən qiymətli nümunədir. Azərbaycan Respublikasının müstəqilliyi əbədi və dönməzdir! Tanrı Azərbaycanı qorusun!


Oxunub: 2 757
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 23:38 | Çempionlar Liqası: “Qarabağ”ın ən ağır ev məğlubiyyəti
    Dünən, 17:50 | Nəriman Həsənzadə "Heydər Əliyev" ordeni ilə təltif edildi
    Dünən, 17:50 | Nəriman Həsənzadə "Heydər Əliyev" ordeni ilə təltif edildi
    Dünən, 12:56 | İmplant müalicəsi: İtirilmiş dişlərə uzunömürlü həll
    Dünən, 12:54 | Sabahın hava proqnozu açıqlandı
    Dünən, 12:52 | ANAMA əməkdaşı Xocalıda minaya düşüb
    Dünən, 12:51 | Yod əksikliyi: Bədəniniz sizə necə siqnal verir?
    Dünən, 12:49 | Avtomobilini texniki baxışdan keçirmək istəyənlərin nəzərinə!
    Dünən, 12:48 | Bakının məşhur restoranlarında fantastik iftar qiymətləri
    Dünən, 12:47 | “Qarabağ” bu gün qalib gələ bilərmi? - Ekspert
    Dünən, 02:02 | UEFA Çempionlar Liqası: "Qalatasaray" "Yuventus"u darmadağın etdi - VİDEO
    17-02-2026, 22:19 | Vəzifəsini itirmiş Vüqar Qurbanovla bağlı ŞOK İTTİHAM - “İçki aludəçisidir”
    17-02-2026, 22:14 | Moskvada azərbaycanlı cütlüyün ölümü ilə bağlı təfərrüat məlum oldu
    17-02-2026, 22:09 | Azərbaycan neftinin qiyməti 70 dolları ötdü
    17-02-2026, 22:05 | Rəşad Mahmudov müraciət yaydı: Bu, əxlaqsızlıqlıqdır, ləyaqətsizlikdir!
    17-02-2026, 22:03 | Magistratura imtahanında ən yüksək bal toplayanlar məlum oldu
    17-02-2026, 22:01 | "İçindən həşəratlar çıxdı" - Çips paketlərində qurdlar olur? - VİDEO
    17-02-2026, 17:48 | "Heç bir komanda "Nyukasl"a qarşı oynamaq istəmir" - Qurban Qurbanov
    17-02-2026, 17:46 | Nəsimi rayonunda özbaşınalıq – FHN də müraciət edib, icra hakimiyyəti tədbir görmür (FOTO)
    17-02-2026, 17:45 | Azərbaycanda 11 gün ardıcıl İŞ OLMAYACAQ
    17-02-2026, 17:23 | Magistraturaya qəbulun açıq tipli tapşırıqlarının nəticələri açıqlanıb
    17-02-2026, 17:05 | "Azəriqaz"ın idarə rəisi işdən çıxarıldı - Araşdırma başladı
    17-02-2026, 16:55 | Kürdə adam batıb - Dalğıclar axtarışa başlayıb
    17-02-2026, 16:48 | Səhiyyə sisteminin və 260 milyonun yeyilməsi və Vüqar Qurbanovun çarəsizliyi
    17-02-2026, 16:32 | 1 milyona yaxın sənədsiz əmlak: Hansı dövlət qurumları bələdiyyələrə problem yaradır?
    17-02-2026, 16:20 | Elektrik və qaz ödənişində yeni DƏYİŞİKLİK
    17-02-2026, 16:18 | Şahin Şıxlınskiyə 23 il həbs tələb edildi
    17-02-2026, 16:15 | ÇL: Oyunlara hansı kanallarda baxmaq olar?
    17-02-2026, 16:12 | BUNU EDƏN SÜRÜCÜLƏR CƏRİMƏLƏNİR... - AYNA-nın yeni tələbi nəyə səbəb olacaq?
    17-02-2026, 16:10 | Ruslar Azərbaycanı “dost ölkə” sayırmı? - Sorğunun nəticələri AÇIQLANDI + CƏDVƏL
    17-02-2026, 16:07 | "900 MİN RÜŞVƏT TOPLAYIB TALIBOVUN GÖSTƏRİŞİ İLƏ OĞLUNA VERMİŞƏM..." - Məhkəmə
    17-02-2026, 13:55 | Sabah 24 dərəcə isti olacaq
    17-02-2026, 13:54 | Rusiya bu tarixdən Teleqramı tamamilə bloklayacaq
    17-02-2026, 13:52 | "İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllim evə buraxıldı
    17-02-2026, 13:14 | Sabiq başçıya yeni vəzifə verildi
    17-02-2026, 13:13 | 260 milyonluq yeyinti: Vüqar Qurbanova yazığım gəlir…
    17-02-2026, 13:11 | Şəhərin mərkəzində yanğın: xəsarət alan var - Video
    17-02-2026, 08:27 | Vətən müharibəsi qazisi vəfat etdi
    17-02-2026, 08:19 | Rusiyada ölən hərbçilərin ailələrinə ev verildi – Şimali Koreya lideri yaşayış massivi tikdirdi
    17-02-2026, 08:14 | Ötən ay vəzifəyə təyin olunmuşdu, indi azad edildi
    17-02-2026, 03:34 | Qaradağlı faciəsindən 34 il ötür
    17-02-2026, 01:10 | “HÖKUMƏT O QƏDƏR MƏNASIZ ŞƏRTLƏR QOYUB Kİ...” - Sadələşdirilmiş vergi limiti sahibkarı niyə qane etmir?
    16-02-2026, 21:34 | İcra başçısı Azərbaycan çempionatında uğur qazanmış idmançı ilə görüşüb
    16-02-2026, 20:52 | İcra başçısına ağır itki
    16-02-2026, 20:50 | Saleh Məmmədovun komandası yoxlanılır - Həbslər gözlənilir
    16-02-2026, 20:48 | Nazir Aşurovu yüksək vəzifəyə təyin etdi
    16-02-2026, 20:46 | Yas mərasimlərindəki dəbdəbəyə qarşı... - Rəsmi
    16-02-2026, 20:45 | Gəncədə evdə yanğın: zəhərlənənlər var
    16-02-2026, 20:43 | Azərbaycan daha bir ölkədən quzu əti idxalına başladı
    16-02-2026, 18:56 | "Sabah"dan qələbə, "Şamaxı" - "Turan Tovuz" matçında heç-heçə
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.